10 C
Baku
Thursday, December 12, 2024

Müxbir ələqələr və klirinq şöbəsinə Rəis və Baş mütəxəssis- “Amrahbank” ASC

0
Müxbir ələqələr və klirinq şöbəsinə Rəis və Baş mütəxəssis- “Amrahbank” ASC
18.03.2019

“Amrahbank ASC  Müxbir ələqələr və klirinq şöbəsinə Rəis və Baş mütəxəssis vakansiyaları elan edir:

Vəzifə öhdəlikləri:

  • Bankın müxbir hesablarını aparmaq.
  • Ödəniş sistemləri (AZİPS, XÖHKS, SWIFT, KÖMİS) sistemləri vasitəsi ilə hesablaşmaları düzgün və vaxtında aparmaq.
  • Daxil olmuş köçürmələrdə uyğunsuzluq olduqda araşdırmaq.
  • Köçürmələrlə bağlı sorğuları cavablandırmaq.
  • Təcili pul köçürmələri sistemləri üzrə filiallarda aparılmış əməliyyatlar üzrə hesablaşmaları düzgün aparmaq.
  • Yeni müxbir hesabların açılmasında iştirak etmək.
  • Yeni təcili pul köçürmələri sistemlərinə qoşulma prosesində iştirak etmək.
  • Rəhbərinin həvalə etdiyi digər tapşırıqları icra etmək.

 

Əsas tələblər:

  • Ali təhsil (riyaziyyat və ya iqtisadi arzuolunandır)
  • Ən azı 1 il bank və ya oxşar kredit institutunda iş təcrübəsi
  • Ödəniş sistemləri (AZİPS, XÖHKS, SWIFT) ilə işləmək bacarığı
  • İngilis və rus dili bacarığı (ingilis dili səlis)
  • Əmlak üzrə heç bir inzibati və cinayət məsuliyyətinin olmaması
  • Ofis proqramlarını (xüsusən də Excell-i) bilmək
  • Ünsiyyətçilik, təşəbbüskarlıq
  • Komandada işləmək qabiliyyəti
  • İşdə dəqiqlik, məsuliyyət

Maraqlı olan şəxslər CV-ni  [email protected] ünvanına göndərə bilərlər (e mail-in mövzu hissəsində CV-də müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur)

 

 

İşin aid olduğu sahə

KateqoriyaMühasibatlıq və Maliyyə