Müsabiqədə iştirak üçün namizədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:
• Kadrlar uçotunun şəxsi vərəqəsi
• Tərcümeyi-hal
• Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri
• Elmi və elmi- metodiki işlərin siyahısı
• Kafedranın inkişafı ilə bağlı platforma
• Əmək kitabçasından çıxarış
• Şəxsiyyət vəsiqəsinin surəti
Azərbaycan Respublikası Təhsil Nazirliyi kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”na əsasən göstərilən vəzifəni tutmaq üçün ali təhsil müəssisəsində kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələr, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyən namizədin ərizəsi və yuxarıda göstərilən sənədlər elan verildiyi gündən başlayaraq, 1 (bir) ay müddətində Azərbaycan Universitetinə təqdim olunmalıdır.
Ünvan- Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi 71.
Əlavə məlumat almaq istəyənlər (+99412) 431 41 12 nömrəli telefonla əlaqə saxlaya bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |