15.11.2019
Marketinq şöbəsinə – müdir və aparıcı mütəxəssis tələb olunur
Vəzifəyə olan tələblər
- Ali təhsil;
- Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
- Hesabatın hazırlanması və yazışma bacarığı;
- Yüksək darəcədə analitik, yaradıcılıq, təşəbbüskarlıq və tədqiqat apara bilmə qabiliyyəti;
- Menecerlik və komanda ilə işləmə və o cümlədən departament daxilində qərar qəbul etmə qabiliyyəti;
- Azərbaycan, Rus dilində sərbəst danışıq və yazışma bacarığı;
- Bu sahədə iki illik təcrübəyə malik olması;
Əsas vəzifələr
- Marketinq strategiyasını işləyib hazırlanmasında yaxından iştirak edir və müvafiq təsdiqdən sonra onun yerinə yetirilməsinə nəzarət edir;
- Qəbul olunmuş marketinq siyasətinə uyğun olaraq daimi bazar araşdırmaları aparır, mövcud məhsul və xidmətlərin yeni bazarlarını, onların bazar qiymətlərini və müştəri qruplarını müəyyənləşdirir;
- Məhsulu və xidmət yaradır və onun satış kanallarının müəyyən edir;
- Rəqiblərin araşdırılması və onlar üzrə məlumat bazası yaradılmasını təşkil edir və onu daima təkmilləşdirir;
- Satışın təşkili ilə bağlı öz təkliflərini verir;
- Satışla bağlı ortaya çıxan məsələlər köməklik göstərir;
- Təşkilatın imicinin formalaşmasını təmin edən tədbirlər görür;
- Təşkilatın broşuralarının və illik hesabatının hazırlanması;
- Təşkilatın internet səhifəsində məlumatların yeniləşməsi qayğısına qalır;
- Təşkilatda keyfiyyətə nəzarət işini təşkil edir;
- Yeni satış texnologiyalarının tətbiqi, bu sahədə saıtş işçilərinin hazırlanması qayğısına qalır.
CV-ləri Marketinq şöbəsi – müdir / aparıcı mütəxəssis mövzusu ilə vakansiya@parabokt.az elektron poçt ünvanına göndərməyiniz xahiş olun
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |