25 C
Baku
Monday, April 29, 2024

Back end və Front end developer üzrə təlim sessiyası – PASHA Bank

0
Back end və Front end developer üzrə təlim sessiyası – PASHA Bank
15.01.2020

Back end və Front end developer üzrə təlim sessiyası

Böyük məmnuniyyətlə Sizinlə bölüşmək istərdik ki, keçirdiyimiz bir öncəki 3 sessiyamızdan 15 nəfər namizəd işçi sıramıza qoşularaq Komandamızın bir üzvünə çevrilmişdir.

Trenddə olan məhsulları yaradan bir komandanın üzvü olmaq istəyirsiniz? Biz PAŞA Bank olaraq, qabaqcıl texnologiyalardan istifadə edərək bölgədə ən yaxşı rəqəmsal bank məhsulları yaradırıq.

Əgər Siz aşağıda qeyd edilənlər üzrə iddialısınızsa:

 Rəqabətli mühitdə yüksək templə çalışmaq
 Davamlı olaraq öyrənmək və inkişaf etmək
 Agile metodologiya ilə işləmə gücünü hiss etmək
 Proqram təminatının manual test və “Deployment” olmadan yaradılması.

Namizədlər aşağıdakı sahələr üzrə özlərini sınaya bilərlər:

Back end developer:

 Məntiq
 Alqoritm & Data Structures
 Java / Java EE – basic

Back end təlim sessiyası üçün aşağıdakı HackerRank testindən keçib özünüzü sınaya bilərsiniz:
http://hr.gs/pashabank-be-ls-01-2020


Front end developer:

 Məntiq
 Web fundamentals
 JavaScript / HTML / CSS

Front end təlim sessiyası üçün aşağıdakı HackerRank testindən keçib özünüzü sınaya bilərsiniz:
http://hr.gs/pashabank-fe-ls-01-2020

Necə müraciət etməli:

Maraqlanan namizədlər öz CVlərini [email protected] göndərə bilərlər;
Mövzu hissəsində “Back End və ya Front End Developer” başlığının qeyd edilməsi mütləqdir;
CV lərin son qəbul tarixi 25 Yanvar 2020 tarixidir. #fərqibizimləyarat

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi