10 C
Baku
Thursday, December 12, 2024

Backend Developer – Azərbaycan Kredit Bürosu

0
Backend Developer – Azərbaycan Kredit Bürosu
26.07.2019

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) AKB məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, risk təhlilini aparır və istifadəçilərin sorğusu əsasında təqdim edir. Bununla da kredit təşkilatlarına risklərin azaldılmasına xidmət edir.

AKB hazırda 126 təşkilatla məlumat mübadiləsi həyata keçirməklə, fəaliyyətinin əsas xüsusiyyəti irihəcmli məlumatlarla iş, habelə böyük layihələrin bir hissəsi olmaqdır. Qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün AKB-nin İT komandasına Backend Developer axtarılır.

Vakansiya haqqında:

Vəzifə: Backend Developer
Departament: İnformasiya Texnologiyaları
Tabeçilik: Departament direktoru
İş qrafiki: Bazar ertəsi – cümə, 09:00 – 18:00
Əmək haqqı: Ştat cədvəlinə uyğun
Müraciət üçün son tarix: 30.07.2019

Vəzifə öhdəlikləri:

– Səlis, oxunaqlı və test oluna bilən kod yazmaq;
– Proqram təminatında yaranan problemlərə vaxtında reaksiya vermək;
– Yaradıcı düşünmək və davranmaq;
– Fərdi bacarıqlarını yüksək səviyyədə nümayiş etdirmək;
– Komandada işləmək bacarığına sahib olmaq.

Namizədə qoyulan tələblər:

– Yüksək səviyyədə Java proqram dil biliyi;
– Spring Framework, Hibernate biliklərinin vacibliyi;
– J2EE üzrə işləmə bacarığı;
– SQL və ORM biliklərinin vacibliyi;
– REST API ilə iş təcrübəsi;
– JSP, EJB, XML, X Query, XSL ilə işləmə bacarığı;
– Unit Test ilə iş təcrübəsi;
– İnformasiya Texnologiyaları ixtisası və ya texniki sahə üzrə bakalavr təhsili;
– Müvafiq sahədə minimum 3 il iş təcrübəsi.

CV-ni “Backend Developer” başlığı ilə [email protected] mailinə göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaİT