26 C
Baku
Saturday, July 27, 2024

Bank risklərinin təhlili şöbəsində mütəxəssis/aparıcı mütəxəssis – Expressbank

0
Bank risklərinin təhlili şöbəsində mütəxəssis/aparıcı mütəxəssis – Expressbank
Bakı
16.05.2023

Təsvir:

  • Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsində iştirak etməsi;
  • MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
  • Şöbənin fəaliyyətinə dair həftəlik və aylıq hesabatın hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
  • Mərkəzi Bankın tələbi ilə kredit, bazar, likvidlik və əməliyyat riskləri üzrə hesabatların təqdim edilməsi;
  • Əsas kredit risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi;
  • Stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
  • Bank risklərin təhlili prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsi;
  • Filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlər keçirilməsi və təkliflərin verilməsi;
  • Bank risklərinin ölçülməsi və modellərin seçilməsi üzrə təkliflərin hazırlanması və tətbiqi prosesində iştirak edilməsi;
  • Şöbənin və Bankın digər strukturların fəaliyyətinə aid prosedur, təlimat və qaydalara rəyin verilməsi;
  • İdarəedici informasiya sistemi və risklərin ölçülməsi modellər ilə bağlı gündəlik, aylıq, rüblük, və illik hesabatların layihəsinin hazırlanması;
  • Şöbə müdirinin digər tapşırıqlarının yerinə yetirilməsi.

Bizim üstünlüklərimiz:

  • Tibbi sığorta;
  • Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
  • Professional və maddi inkişaf perspektivləri;
  • Peşəkar korporativ mühitdə işləmək imkanı.

Tələblər:

  • Ali təhsil;
  • Təcrübə (mütəxəssis üçün): Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsi üzrə 1 ilə qədər təcrübə;
  • Təcrübə (aparıcı mütəxəssis üçün): Kredit və ya bazar risklərinin idarə edilməsi sahəsi üzrə 3 ilə qədər təcrübə;
  • Microsoft office proqramları üzrə biliklər;
  • Oracle SQL proqlamlaşdırma dili ilə işləmək bacarığı;
  • Azərbaycan dili səlis, rus və ingilis dili arzu olunandır;
  • Mərkəzi Bankın normativ xarakterli qaydaları üzrə biliklərin yaxşı səviyyədə olması;
  • Komandada işləmə bacarığı;
  • Analitik təhlil və bazar araşdırması sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi