Ödəniş Kartları İdarəsi
Bankın Ödəniş Kartları İdarəsinin Kart əməliyyatları şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili (yüksək reytinqli xarici universitet bitirənlərə üstünlük verilə bilər);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan və İnqilis dillərini mükəmməl səviyyədə bilmək (rus dilini bilənlərə üstünlük veriləcək);
- Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompyuter bilikləri (power point, visio və excel proqramları üzrə mükəmməl biliklərə malik olan namizədlərə üstünlük veriləcək)
İŞİN TƏSVİRİ:
- Balans və müxabirləşmələrin aparılması qaydaları üzrə anlayışın olması;
- “MasterCard Connect “ və “VisaOnline” elektron şəbəkəsində gündəlik əməliyyatların icrası, monitorinq və s.
- Yeni layihələrin aparılması;
- Kart vasitəsi ilə aparılan əməliyyatlar üzrə klirinq və hesabatların icrası;
- Daxili hesabatların hazırlanması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |