Bakı
12.09.2023
Vəzifə öhdəlikləri:
- Veb tətbiqin kodlaşdırma işlərinin həyata keçirilməsi və tətbiqin fəaliyyəti dövründə ortaya çıxan xətaların aradan qaldırılması;
- Növbəti istifadə üçün təkrar istifadə oluna bilən kodlardan və kitabxanalardan istifadə edilməsi;
- Proqramçı səviyyəsində testlərin həyata keçirilməsi
- Dizayn yenilənmələrinin tətbiqdə əks etdirilməsi
- CI/CD metoduna uyğun olaraq davamlı olaraq yeni relizlərin buraxılması
- Yeni texnologiyaların tətbiq edilməsi;
- Platformanın sabitliyinin təmin edilməsi və funksional imkanların əlavə edilməsi üçün komandanın digər üzvləri ilə aktiv müzakirələrdə iştirak etmək;
- Komandaya yeni qoşulan həmkarlara dəstək olmaq, ehtiyac olduqda komanda daxilində müvafiq təlimlərin keçirilməsi.
Tələblər:
- JavaScript, Vue.js, React. Js, HTML və CSS (SCSS) üzrə biliklər və iş təcrübəsi
- RESTful API, Git, Webpack bilik və bacarıqları
- UI freymvorklarla işləmə bacarığı
- Təməl backend bacarıqlar, BE işləyişi barədə anlayış, ehtiyac olduqda API-ların təkmiləşdirilməsi barədə təkliflərin verilməsi
- Tapşırıqları maraqlı tərəfələrlə müzakirə etmə, onları digər frontend proqramçılara təyin etmə və icrasına dəstək olma bacarıqları
- Veb saytın təhlükəsizliyini təmin etmə bacarıqları
Şəxsi keyfiyyətləri:
- Komanda şəklində işləmə bacarığı
- Məsuliyyətli, təşəbbüskar və işgüzar
- Korporativ ünsiyyət bacarıqları.
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Baş frontend proqramçı” yazılmalıdır. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | İT |