6 C
Baku
Monday, December 16, 2024

Əməliyyatçı – Quba filialı

0
Quba
11.09.2023

“INTERNATIONAL BOKT” Bank Olmayan Kredit Təşkilatı Quba filialına Əməliyyatçı vəzifəsinə işçi axtarışı elan edir

Ümumi vəzifə öhdəlikləri:

  • Fiziki və hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
  • Pul vəsaitlərinin hesablara daxil edilməsini və silinməsini həyata keçirmək;
  • Qayda və təlimatlara uyğun olaraq kredit rəsmiləşdirilməsi üzrə müştərilərin sənədlərini icra etmək;
  • Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil(maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (yaxşı);
  • Təcrübə: bank sahəsində əməliyyatçı olaraq2 il;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Əmək haqqı 350-400

İş rejimi : 09:00 – 18:00

Müraciət etmək üçün: [email protected]