10 C
Baku
Wednesday, December 11, 2024

Baş hüquqşünas – Enerji Məsələlərini Tənzimləmə Agentliyi

0
Baş hüquqşünas – Enerji Məsələlərini Tənzimləmə Agentliyi
Bakı
14.06.2024

Vakansiyanın təsviri

• Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahələrində (bundan sonra -müvafiq sahədə) normativ-hüquqi aktların, normativ xarakterli aktların və Agentliyin fəaliyyəti ilə bağlı digər hüquqi sənədlərin layihələrini hazırlayır və ya hazırlanmasında iştirak edir;
• İcraatına daxil olan Azərbaycan, ingilis və ya rus dillərində sənədlərin müvafiq sahədə hüquqi ekspertizasını keçirib rəy verir, sorğular əsasında hüquqi məsələlər üzrə araşdırma apararaq Azərbaycan və rus və ya ingilis dillərində arayışlar hazırlayır, təklif və rəylər verir;
• Agentliyin təşkilati-sərəncamverici aktı ilə nəzərdə tutulduğu halda hüquqi ekspertizasını keçirdiyi sənədlərə viza verir;
• Müvafiq sahə üzrə yaradılan işçi qruplarda, habelə rəsmi görüşlərdə iştirak edir;
• Müvafiq sahədə dövlət nəzarət tədbirlərinin həyata keçirilməsində hüquqi yardım göstərir;
• Şöbə müdirinin göstərişi ilə müvafiq sahədə hesabatlar, arayışlar və rəylər hazırlayır, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər verir;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər göstərişləri yerinə yetirir.

Xüsusi tələblər

• Ali təhsil (hüquqşünaslıq);
• İnzibati hüquq, mülki hüquq, prosessual hüquq, əmək hüququ və beynəlxalq hüquq sahələri, habelə energetika hüququ institutu üzrə peşəkar bilik və bu sahələrdən birində və ya bir neçə üzrə təcrübəyə malik olmalı;
• Qanunvericilik texnikasını bilməli və bu sahədə təcrübəyə malik olmalı;
• Yaş həddi 25-45 aralığı
• İxtisası üzrə azı 3 il iş stajı (normativ hüquqi aktlarla iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək);
• Microsoft Office proqramlarında işləmə bacarığı;
• Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı;
• Azərbaycan dilini səlis, ingilis dilini B1 səviyyəsində bilməli, rus dili arzuolunandır.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat və təhlil şöbəsi – Baş hüquqşünas) qeyd etməniz tələb olunur. Vakansiya üzrə müraciətin son tarixi: 30 iyun 2024-cü il

Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq