Biləsuvar
01.03.2024
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
- Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır)
- MS Office proqramlarının biliyi;
- İşgüzar, məsuliyyətli və analitik düşüncə tərzinə malik olmalı;
- Görülən işlərlə bağlı hesabatlar təqdim etməli.
Vəzifə Öhdəlikləri:
- Beynəlxalq Logistika işinin təşkili və idarə edilməsi;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
- Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi;
- Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin işlərinə rəhbərlik edilməsi.
İş qrafiki: həftə içi 5 gün
İş yeri: Biləsuvar r-u
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Baş Mühasib (Biləsuvar)” qeyd etməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |