10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Baş mühasib – Bridge Group of Companies

0
Baş mühasib – Bridge Group of Companies
Bakı
29.07.2021

1998-ci ildən bəri “Bridge Group of Companies“-ə daxil olan şirkətlər müxtəlif sahələrdə ixtisaslaşmaqla idarəetmə, inşaat, mehmanxana biznesi, satınalma, anbar və kənd təsərrüfatı sahələrində zəngin iş təcrübəsinə malikdirlər.
AgroBridge – istixana fəaliyyətı, meyvə və tərəvəz məhsullarının yetişdirməsi, bitkilərin sürətli inkişafını və məhsuldarlığını təmin edən – mineral gübrələrin idxalı və satışı sahəsində ixtisaslaşmış şirkətdir.

Baş mühasib – Bridge Group of Companies MMC (Agrobridge MMC)

Əsas tələblər:

– Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə);
– Minimum 5 il iş təcrübəsi;
– 1С və digər mühasibatlıq proqramında, MS Office-də işləmə bacarığı;
– Vergi qanunvericiliyini mükəmməl bilmək, dəyişiklikləri izləmək və vaxtında tətbiq etmək;
– Mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə biliklər;
– Rəsmi hesabatların hazırlanması və təqdim olunması prosedurları üzrə biliklər;
– Elektron hökumət portalı ilə işləyə bilmə qabiliyyəti;
– Əmək qanunvericiliyində istifadə edilən saytlarda iş.

Vəzifə öhdəliyi:

– E-Qaimə fakturalarının yazılması;
– Bank əməliyyatının həyata keçirilməsi; qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Gündəlik və aylıq daxili hesabatların hazırlanması və təqdim olunması;
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar;
– Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsində iştirak;
– Bütün rəsmi hesabatların göndərilməsi;
– Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi üzrə hesablamaların aparılması.

Əmək şəraiti:

İş yeri: Bridge Plaza
5 günlük iş qrafiki, 09:00-18:00
Əmək haqqı: 1200 AZN

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Baş mühasib” qeyd etməklə CV-lərini [email protected] ünvanına yollaya bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib