22 C
Baku
Thursday, April 25, 2024

Baş mühasib – Dövlət Statistika Komitəsi

0
Baş mühasib – Dövlət Statistika Komitəsi
07.10.2021

Struktur bölmə Göygöl rayon statistika idarəsi, Rəhbərlik

Vakant inzibati vəzifənin adı və vakansiya sayı baş mühasib (1 yer)

Aylıq vəzifə maaşı: 550

Qulluq funksiyaları:

– idarənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsini təmin edir;
– ilkin mühasibatlıq sənədlərinin, hesablaşmalarının və ödəniş sənədlərinin hazırlanmasını təşkil edir;
– işçilərin əmək haqqı, məzuniyyət, ezamiyyət, xəstəlik vərəqələri üzrə ödəniləcək vəsaitlərin hesablanmasını və ödənişini təmin edir;
– bank əməliyyatlarını aparır;
– xəzinə əməliyyatları ilə əlaqədar öhdəlik, mal alışı sənədi, kassa xərclərinin sifarişini hazırlayır;
– muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyannamələri vergi orqanlarına təqdim edir;
– mühasibat balansını hazırlayır və Dövlət Statistika Komitəsinə təqdim edir;
– aktivlərin və öhdəliklərin inventarizasiyasının aparılmasını təşkil edir;
– İdarədə satınalma prosesinin həyata keçirilməsini təşkil edir;
– statistik və digər hesabatları hazırlayır və aidiyyatı üzrə təqdim edir;
– mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşməni təmin edir;
– vəzifə üzrə rəhbəlik tərəfindən verilmiş digər tapşırıqları yerinə yetirir.

Vakant inzibati vəzifənin tutulması şərtləri:

– Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
– İş stajına dair tələblər: 1 il ümumi iş stajı
– Kompüter biliklərinə dair tələblər: MS WINDOWS, MS OFFİCE, İNTERNET və s. (yüksək səviyyədə);
– Xarici dil biliklərinə dair tələblər: yoxdur

Müsahibədə iştirak etmək hüququ verən sertifikat: BB3

Sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət 12.10.2021 18:00

Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

– Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
– Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:

– ali təhsil haqqında sənədin surəti;
– əmək kitabçasının surəti;
– elmlər doktoru elmi dərəcəsi olan şəxslər elmlər doktoru elmi dərəcəsinin verilməsi barədə təsdiqedici sənədin surətini.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər 13 sentyabr 2021-ci il tarixindən 12 oktyabr 2021-ci il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları, Mühasib