26 C
Baku
Saturday, April 20, 2024

Baş mühasib – Investaudit MMC

0
Baş mühasib – Investaudit MMC
Bakı
06.11.2020
İş barədə məlumat– Mühasibatlıq strategiyasının ve prinsiplərinin formlaşdırılmasını təmin etmək
– Vergi, statistika və DSMF hesabatların hazırlanması
– Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi
– Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
– İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək
– Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək
– Hesab və elektron qaimə-fakturaların yazılması
– Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsi
– Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması
– Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması
– Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi
– Əmək haqqısına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi
– İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi
– Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq
– İş prosesində məlumatların məxfiliyinin saxlanılması
– İş Göyçay rayonunda yerləşir
– İş qrafiki həftə içi 5 gün: saat 09:00-dan 18:00-dək
– Şənbə və bazar günləri istirahət günüdür
– Nahar fasiləsi saat 13:00-dan 14:00-dək
– Nəzərdə tutulan əmək haqqı 1500 manat (əlavə olaraq ayrıca aylıq mükafatların verilməsi nəzərdə tutulur)

Namizədə tələblər– Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır)
– Ərazidə (rayonda) işləməyə hazır olmalı
– Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı
– Komandada işləmək bacarığı
– Məsuliyyətli və işində dəqiq
– Vergi Məcəlləsini bilməli
– İxtisas üzrə 5 il və daha çox iş təcrübəsi
– Cinsi – Kişi
– MS Office, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə “Baş mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaq.

İşin aid olduğu sahə

KateqoriyaAudit/ Konsaltinq Şirkətləri, Mühasib