13 C
Baku
Friday, March 29, 2024

Baş Mühasib – MSDIS Holding

0
Baş Mühasib – MSDIS Holding
Bakı
09.09.2021

MSDIS Holding, 2020-ci ilin iyun ayından fəaliyyət göstərir. İnşaat, istehsalat və yanacaq doldurma şirkəti olaraq tanınır. MSDIS Holding-in əsas məqsədi tikinti və istehsal sektorunda lider olmaqdır. Davamlı ortaqlıqlar qurmaq, yeni uğurlu layihələri həyata keçirmək və yüksək keyfiyyətli xammal istehsal etmək şirkəti gələcək hədəflərə aparan əsas missiyasıdır.

Vakansiyanın adı: Baş Mühasib

Vəzifə öhdəlikləri:

• Maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunu təşkil etmək;
• Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
• Təsərrüfat daxili ehtiyatlarının aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini, inventarizasiyanın aparılmasını təmin etmək;
• Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;
• Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək;
• Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
• Gəlirlərin müəyyən olunmuş müddətlər çərçivəsində daxil olmasına nəzarət etmək;
• Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunun aparılmasını təmin etmək;
• Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərinin vaxtında ödənilməsini təmin etmək;
• Cəmiyyətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
• Maliyyə vəsaitlərin hərəkətinin uçotunu aparmaq və maliyyə uçotun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatları tərtib etmək;
• Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
• Mədaxil-məxaric büdcəsinin, pul vəsaitlərinin, həcm gəlirinin formalaşdırılmasını təmin etmək;
• Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq;
• Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;
• Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsinə nəzarət etmək;
• Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;
• Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarətini təmin etmək.

Tələblər:

• Maliyyə mühasibatlıq sahəsi üzrə ali təhsil;
• İstehsalat və senaye sektorlarında baş mühasib vəzifəsində ən azı 5 il iş təcrübəsi;
• Sahə üzrə qanunvericiliyin bütün tələblərini yüksək səviyyədə bilmək;
• Milli mühasibat uçotu standartlarını yüksək səviyyədə bilmək;
• İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
• Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
• Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
• Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus dili biliyi;
• MS Office proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
• Mühasibatlıq proqramında işləmək bacarıqları 1c (8.3).

Texniki Bacarıqlar:

• “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri;
• Azərbaycan Respublikası Vergi Məcəlləsi;
• İnzibati Xətalar Məcəlləsi.

İş şəraiti:

• İş qrafiki: 09:00-18:00;
• Əmək haqqı: Bilik və bacarıq əsasında təyin olunur;
• İş yeri: Xətai pr.,34 (Luxen Plaza)

Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Baş Mühasib” qeyd edərək [email protected] e-ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib