13 C
Baku
Saturday, April 27, 2024

Baş mühasib – Sumgait Technologies Park LLC

0
Baş mühasib – Sumgait Technologies Park LLC
Sumqayıt
02.12.2020

Vəzifənin adı: Baş mühasib

Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində mühasibatlıq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ən ideal namizəd :

– Maliyyə, mühasibatlıq və ya İqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli
– Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi olan ( 3 ili idarəetmə olmaqla)
– MS Office və mühasibatlıq proqramlarını yüksək səviyyədə biləndir.

O cümlədən :

– İdarəetmə, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı
– Milli və beynəlxalq uçot standartlarını bilməli
– Azərbaycan və rus dillərini yaxşı səviyyədə həm şifahi, həm də yazılı bilməlidir.

Hansı işləri görəcəksiniz :

– Mühasibat, Vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək
– Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək
– Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək
– Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək
– Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.

Nə əldə edəcəksiniz ?

– Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı
– Adekvat əmək haqqı və faəliyyətə uyğun bonus sistemi
– Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəy
– Davamlı karyera imkanı
– Qanunvericiliyə uyğun sənədləşmə və həftə sonları istirahət imkanı

Əlavə məlumatlar :

– Əmək haqqı razılaşma əsasında
– Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi
– İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaMühasib