3 C
Baku
Saturday, December 14, 2024

İnsan Resursları Meneceri – Badamlı

0
İnsan Resursları Meneceri – Badamlı
Bakı
02.12.2020

“Badamlı” Mineral sular Satış Mərkəzi İnsan Resursları Meneceri vakansiyasını açıq elan edir.

Bu 1947-ci ildən Azərbaycan mineral sular istehsalında və satışında ilk və lider olan “Badamlı” şirkətinin gənc və dinamik komandasının üzvü olmaq istəyən pozitiv, motivasiyalı, çalışqan və yeniliklərə açıq xanımlar və bəylər üçün faydalı fürsətdir.

Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:

• Ölkənin ilk su markası sayılan Badamlı şirkətinin gənc və dinamik komandasında iş təcrübəsi
• Konsultantların dəstəyi ilə yeni insan resursları sisteminin qurulmasında yaxından iştirak
• Adekvat əmək haqqı
• Təlim və inkişaf məsələlərində Şirkətin dəstəyi
• Davamlı karyera inkişafı
• Korporativ telefon
• Qanunvericiliyə uyğun sənədləşdirmə

Bizim üçün ideal namizəd:

• Ali təhsil
• Ümumi və insan resurslarının idarəetməsində ən az 2 il iş təcrübəsi
• 25-45 yaş aralığındakı namizədlərə üstünlük verilir
• İdarəetmə bacarığı, yüksək ünsiyyət keyfiyyətlərinə malik olmaq
• İnsanlara pozitiv təsir etmə, dəyişikliklərə liderlik keyfiyyətlərinə malik olmaq
• Kompüter və MS Office proqram bilikləri
• Azərbaycan və rus dillərində yaxşı danışmaq, ingilis dilini bilmək üstünlükdür

Görəcəyiniz işlər:

• Badamlı Satış Mərkəzində İnsan resurslarının idarə edilməsi və daxili kommunikasiya sisteminin qurulması layihəsinə rəhbərlik etmək
• Satış Mərkəzinə adekvat kadrların cəlb edilməsi, işə qəbulu və adaptasiyası işini təşkil etmək
• İşçilərin təlim və inkişafına dəstək olmaq, motivasiyalı işləməsi, qoyulan hədəflərə çatması üçün əlverişli iş şəraitinin qurulmasını təşkil etmək
• Əmək münasibətlərinin təşkilinə rəhbərlik etmək.
• İnsan resurslarının idarə edilməsi sisteminin effektivliyinin artırılması üçün digər ehtiyac olan işləri həyata keçirmək

Əgər Siz bizim axtardığımız ideal namizədsinizsə CV-nizi officehr@badamlı.az elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “İnsan Resursları Meneceri“)

Müraciət üçün son tarix – 15 Dekabr, 2020

www.badamli.az

Bakı şəh., Nizami ray., Əlişir Nəvai 17 (Neft Emalı Zavodunun yaxınlığı)

İşin aid olduğu sahə

Kateqoriyaİnsan Resursları (HR), Menecer