23 C
Baku
Friday, April 26, 2024

Biznes analitik – Ziraat Bank Azərbaycan ASC

0
Biznes analitik – Ziraat Bank Azərbaycan ASC
Bakı
31.03.2021

“Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları Departamentinə Biznes analitik vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə Bakalavr dərəcəsində ali təhsil;
• Analitik təfəkkür və yüksək düşünmə qabiliyyəti;
• Bank sektorunda minimum 3 il iş təcrübəsi;
• IT analitik, Biznes analitik və ya oxşar sahədə iş təcrübəsi;
• Komandada işləmək, individual qərarlar ala bilmək və stres altında işləyə bilmək bacarığı;
• Biznesin tələblərini anlamaq;
• Avtomatlaşdırılmış proseslərdə (Biznes, İT) iştirak etmiş olmaq;
• Proqram təminatının təmin olunması prosesi haqqında biliklər;
• Rus və İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
• SQL, PL/SQL üzrə biliklər;
• Funksional spesifikasiyanın yazılması və yaradılması;
• Problem həll etmə bacarığı və analitik təfəkkür.

Əsas vəzifələr:

• Texniki tapşırıqların IT və digər əməkdaşlar ilə müzakirə edilməsi;
• Tələblərin izlənilməsi;
• Digər departamentin əməkdaşları üçün ilkin testlərin aparılması;
• İnternet Bankçılıqda yeniliklərin tətbiq olunması;
• Biznes tələblərinə görə hesabatların hazırlanması;
• Yeni funksionallığın test olunması və tətbiq olunması;
• Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması;
• Daim yeni texnologiyalar haqqında biliklərə sahib olması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını Aprel ayının 30-dək [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Biznes analitik” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi