12 C
Baku
Wednesday, December 11, 2024

Biznes kredit riskləri şöbəsinin aparıcı/baş mütəxəssisi – Yelo Bank

0
Biznes kredit riskləri şöbəsinin aparıcı/baş mütəxəssisi – Yelo Bank
23.01.2020

İyirmi beş ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz elektron poçtun “mövzu” yerinə Biznes risklərin idarəedilməsi departamentinin Biznes kredit riskləri şöbəsinin aparıcı/baş mütəxəssisi qeyd etməklə öz tərcümeyi-hallarını (cv-lərini) [email protected] ünvanına göndərə bilərlər.

Biznes risklərin idarəedilməsi departamentinin Biznes kredit riskləri şöbəsinin aparıcı/baş mütəxəssisi

Vəzifə öhdəlikləri:

• Banka daxil olmuş kredit sifarişləri üzrə müştərilərin maliyyə hesabatlarının təhlili, kredit tarixçəsinin yoxlanılması və sosial analizinin aparılması
• Bankın daxili normativ sənədləri ilə verilmiş səlahiyyət çərçivəsinə müvafiq olaraq müştərilərin kredit sifarişləri üzrə qərarların qəbul edilməsində iştirak
• Kredit risklərin məhdudlaşdırması məqsədilə kredit məhsullarının və şöbənin işinin optimallaşdırılmasında iştirak
• Bankın kredit portfelinin analizində və hesabatların hazırlanmasında iştirak etmək
• Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət

Tələblər:

• Ali iqtisadi/riyazi təhsil
• Bankda risklərin idarə edilməsi/kredit sahəsində minimum 3 il iş təcrübəsi
• Kredit müraciətlərinin hazırlanması və təhlilində təcrübə
• Analitik qabiliyyət və işgüzar fəallıq
• Komanda ilə işləmək bacarığı
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, əlavə olaraq ingilis və ya rus dili bacarığı arzuolunandır
• Yüksək səviyyədə Microsoft Excel proqramında işləmək bacarığı

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi