10 C
Baku
Thursday, December 12, 2024

Biznes kreditləri üzrə aparıcı mütəxəssis – Bank Avrasiya ASC

0
Biznes kreditləri üzrə aparıcı mütəxəssis – Bank Avrasiya ASC
17.02.2020

İş barədə məlumat

– Kiçik və Orta sahibkarları Banka müştəri qismində cəlb edilməsi
– Yeni müştərilərə təkliflərin hazırlanması və təqdim edilməsi üzrə işlərin görülməsi
– Maliyyə təhlili əsasında müştərilərin ödəniş qabiliyyətini təyin edilməsi
– Mövcud müştəri portfelinin idarə edilməsi, bu seqmentə aid olan bütün növ bank məhsullarının təklif edilməsi
– Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş perspektivində maliyyə məsləhətlərinin verilməsi
– Qarşıya qoyulmuş planları icra etməklə keyfiyyətli kredit portfelinin qurulması və idarə edilməsi
– Vəzifə öhdəliklərini Bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək
– İş rejimi: həftədə 5 gün (09:00-dan 18:00-dək)Namizədə tələblər

– Ali təhsil (İqtisadiyyat və ya maliyyə-kredit sahəsində)
– Biznesin kreditləşdirilməsi üzrə ən azı 2 il iş stajı
– Potensial müştərilərin axtarışı və cəlb etmə bacarığı
– Kreditləşdirmə barədə nəzəri və praktiki bilgilərə malik olma
– Bank qanunvericiliyi barədə biliklərin olması
– Azərbaycan, İngilis və Rus dillərində səlist danışıq bacarığı
– MS Office proqramlarının bilikləri
– Analitik qabiliyyət və maliyyə təhlil bacarığı
– Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi