22 C
Baku
Tuesday, April 23, 2024

Biznes Kreditlərin Təhlili Şöbəsi / Baş Mütəxəssis – Rabitəbank

0
Biznes Kreditlərin Təhlili Şöbəsi / Baş Mütəxəssis – Rabitəbank
Bakı
30.06.2021

“Rabitəbank” ASC  Kreditlərin anderraytinqi  departamentinin, Biznes Kreditlərinin Təhlili Şöbəsinin Baş Mütəxəssisi vakansiyası üzrə işə qəbul elan edir.

Əsas vəzifələr:

– Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş Biznes Kredit sifarişlərinin minimum sənədlər toplusuna uyğunluğunu yoxlamaq;

– Kreditin məbləğini, valyutasını, müddətini və faiz dərəcələrini yoxlamaq;

– Kreditin qiymətləndirməsi üçün müştəridən tələb olunan sənədlərin siyahısını və həcmini müəyyənləşdirmək;

– Mərkəzləşdirilmiş Kredit Reyestrindən kredit sifarişi haqqında sorğunun nəticələrini yoxlamaq;

– “Biznes Kreditlərin Təhlili Şöbəsi”nin kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;

– Girovun adekvatlığını, realizasiyasını və həssaslığını yoxlamaq;

– Struktur və habelə birbaşa olaraq özünün qarşısında qoyulmuş digər hədəfləri vaxtında və keyfiyyətlə icra etmək;

– Müştəri Xidməti Strukturları tərəfindən Şöbəyə daxil olmuş biznes kredit layihələrini təhlil edib və həmin layihələrdə səhvlər və ya göndərilən sənədlərdə uyğunsuzluq aşkarlandığı halda  şöbə müdirinə yazılı məlumat vermək.

 

Namizədə olan tələblər:

– Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə olunması üzrə olması arzuolunandır);

– Sahə üzrə azı 2 illik iş təcrübəsi;

– Analitik düşüncə, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyəti;

– Yüksək təhliletmə, komandada işləmək bacarığı;

– Yüksək kommunikasıya və təqdim etmə bacarığı;

– Operativ və düzgün qərar vermək bacarığı;

– Təşəbbüskarlıq,  diqqətlilik, məsuliyyət və düzgünlük bacarığı.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Bizness kreditlərin təhlili – Baş Mütəxəssis” göstərməyiniz xahiş olunur.

 

Əlaqə vasitələri:

E-mail: [email protected]

Telefon: (012) 598 44 88,

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi