23 C
Baku
Friday, April 26, 2024

Biznes proseslərə nəzarət şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

0
Biznes proseslərə nəzarət şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta
Bakı
12.04.2021

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar.

Biznes proseslərə nəzarət şöbəsi (mütəxəssis)

Namizədə tələblər

• Yaş həddi : 22-30
• Təhsil: Ali
• İş təcrübəsi:ən azı 3 il müvafiq sahə üzrə
• Dil bilikləri: Azərbaycan (əla, azərbaycan dilində qrammatik düzgün yazılış qaydası), Rus (əla), İngilis dili ( arzuolunandır )
• Microsoft Office ( Word, Excel, Power Point proqramları)
• Keyfiyyətə nəzarətin aparılmasında təcrübə (prosedur qaydalarının tərtib edilməsi)
• İSO üzrə daxili auditor sertifikatı (arzuolunandır);

Vəzifə öhdəlikləri

• ISO 9001 tələblərinə uyğun aparılan sertifikatlaşdırma prosesində və növbəti dövr üçün təftiş hazırlığında iştirak etmək;
• Bölmə rəhbərinin tapşırığı ilə keyfiyyətə nəzarət sisteminə aid məsələlər üzrə sertifikatlaşdırma orqanları və konsaltinq şirkətləri ilə qarşılıqlı əlaqə yaratmaq;
• Şirkətin şöbələrinin daxili yoxlamalar üzrə planının hazırlanmasında iştirak etmək;
• Keyfiyyətə nəzarət sisteminin təhlili üçün zəruri olan məlumatların toplanması və sistemləşdirilməsində iştirak etmək;
• Şirkət daxili proseslər üzrə normativ sənədlərin tərtib edilməsində iştirak etmək;
• Şirkət daxili biznes proseslər üzrə yoxlamaların keçirilməsində iştirak etmək;

Şəxsi keyfiyyətlər

• Məntiqi düşünmə qabiliyyəti;
• Detallara qarşı diqqətli olmaq;
• Gördüyü işə qarşı məsuliyyətli olmaq;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir);
• Sınaq müddəti ərzində: 450 azn
• Sınaq müddətindən sonra sabit əmək haqqı 500 AZN

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini) [email protected] mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Biznes proseslərə nəzarət şöbəsi ” qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta