10 C
Baku
Friday, December 13, 2024

Biznesin inkişafı şöbəsinin müdiri – AzFinance Investment Company CJSC

0
Biznesin inkişafı şöbəsinin müdiri – AzFinance Investment Company CJSC
12.12.2019

“AzFinance İnvestisiya şirkəti” QSC Biznesin inkişafı şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Şöbə müdiri

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• CFA Sertifikatına malik olmaq (minimum CFA 1)
• İnvestisiya sahəsində minimum 2 il iş təcrübəsi.
• Mükəmməl ingilis dili biliyi;
• İnsan münasibətlərinin düzgün tənzimlənməsi (relationship management), həm tabeliyində olan işçilərlə və həm də potensial və mövcud müştərilərlə uğurlu nəticə verəcək münasibət qurmaq bacarığı.
• Satıcılıq və satış menecerliyi bacarığı, yerli investorları, şirkət sahiblərini xarakter olaraq tanımaq, qiymətləndirə bilmək və onlarla hər iki tərəfə faydalı münasibət yaratmaq, bu münasibətləri yarada biləcək komanda qurmaq və onları idarə edə bilmək.
• Mövcud və inkişaf etdirmək istədiyimiz məhsulları və alətləri tanımaq, onların əsas xüsusiyyətlərini, müxtəlif investisiya siyasətləri üzrə ən yaxşı gəlir vermək imkanlarını dərindən bilmək və bunu təqdim edə bilmək bacarığı.
• İşləmək istəyi və ambisiyaya sahib olmaq.
• Analitik düşüncə, analitik vasitələrdən istifadə bacarığı, yerli bazarın xüsusiyyətlərini nəzərə alan və uğurla nəticələnmiş analitik təcrübə.

İŞİN TƏSVİRİ:

• Daxili və xarici bazarlara emitent və investor qismində müştəri cəlb etmək;
• Gələcək emitentin təhlili və qiymətləndirilməsi prosesində aparılmış təhlilin rəhbərliyə təqdim olunması;
• Kütləvi yerləşdirmə üsulu ilə emissiya, (istiqraz açıq və qapalı emissiya) prosesində şirkətlə işləmək qərarının verilməsi, emissiya şərtlərinin təsdiq edilməsi, əlavə razılaşma və tariflər üzrə əlavə razılaşmanın hazırlanması və müştəriyə təqdim olunması;
• Kütləvi yerləşdirmə üsulu ilə emissiya (səhm açıq və qapalı emissiya) prosesində şirkətlə işləmək qərarının verilməsi, emissiya şərtlərinin təsdiq edilməsi, əlavə razılaşma və tariflər üzrə əlavə razılaşmanın hazırlanması və müştəriyə təqdim olunması;
• Satış/ Diler əməliyyatlarının aparılması prosesində satış qərarının verilməsində iştirak etmək;
• Şirkətin daxilində analitikanın inkişaf etdirilməsi, müştərilərə satılacaq analitik məhsulların hazırlanması;
• İnvestisiya Məsləhəti xidmətinin qurulması və müştərilərə təqdim edilərək xidmətin satışının həyata keçirilməsi;
• Yeni məhsulların yaradılması, emitentlərin cəlb edilməsi;
• Kiçik, orta və böyük bizneslərdə payların alınması üçün onların cəlb edilməsi, təhlil edilməsi, investisiya edilməsi və investisiyanın nəzarətdə saxlanılması və bu sahədə şirkətin strategiyasının qurulması, investisiyalardan çıxış məqsədilə şirkətlərin restruktizasiyası üçün planların hazırlanması, onlara məsləhətlərin verilməsi, planın icrasına nəzarət edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznesin inkişafı şöbəsinin müdiri” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər