-3 C
Baku
Sunday, December 15, 2024

Biznesin təhlili üzrə mütəxəssis – Nar

0
Biznesin təhlili üzrə mütəxəssis – Nar
06.03.2019

Biznesin təhlili üzrə mütəxəssis

Vakansiya haqqında

Departament : B2C Kommersiya
Şöbə : Müştəri dəyərinin idarə edilməsi və biznesin təhlili
İş yeri : Port Baku Cənub Qülləsi
İş müddəti : Daimi
İş qrafiki : Standart
Son müraciət tarixi : 19.03.2019

Sizin əsas vəzifə öhdəlikləriniz

* Kommersiya hesabatlarının və  büdcə infrastrukturunun təşkili, təkmilləşdirilməsi, icra edilməsi və yerinə yetirilməsi
* Şirkət daxilində müxtəlif mənbələrdən alınan məlumatların və hesabatların mütəmadi üzləşdirilməsi
* Yeni, dəyişdirilmiş xidmət və məhsullar üçün hesabat tələblərinin qiymətləndirilməsi və hazırlanması
* Müvafiq tələblərə və müəyyənləşdirilmiş standartlara uyğun olaraq məlumatların yığılması, analizi, vizualizasiyası və  mütəmadi optimallaşdırılması 
* Partnyorlarla kommersiya hesabatlarının  üzləşdirilməsi üçün yeni məhsulların hesabat tələblərinin düzgün və vaxtında təqdim olunması
* Hesablama infrastrukturun mütəmadi olaraq yenilənməsi, yeni texnologiyaların və metodologiyaların araşdırılması və təqdim edilməsi

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

* Tətbiqi Riyaziyyat, Kibernetika və ya İqtisadiyyat üzrə Ali təhsil
* Müvafiq sahədə 2-3 il iş təcrübəsi
* İri həcmdə məlumatlar ilə işləmə təcrübəsi

Sizdən tələb olunan bacarıq və səriştəliklər

* Müştəriyönümlü 
* Komanda işi və əməkdaşlıq
* Nəticəyönümlü 
* Strukturlu və metodoloji düşünmə qabiliyyəti
* Güclü riyazi bilik
* Analitika qabiliyyəti
* Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək 
* MS Office (Ms. Excel)  proqramlarını mükəmməl  bilmək
* STATA, R və ya digər data mining/analitik proqramlarda işləmə bacarığı

Müraciət etmək üçün

CV-nizi  [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Mövzu hissəsində  “Biznesin təhlili üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər