Bakı
16.06.2023
Vakansiyanın təsviri
- Arxivin profilinə uyğun komplektləşdirmə mənbələrinin müəyyən edilməsi, dəmir yoluna məxsus sənədlərin tərkibinin öyrənilməsi, qanunla müəyyən olunan müddət başa çatdıqdan sonra həmin sənədlərin dövlət mühafizəsinə qəbulu işini təşkil edir;
- İdarə arxivlərində sənədlərin mühafizəsi və uçotu işinin təşkilinə nəzarəti həyata keçirir;
- Daim mühafizə olunan sənədlərin seçilməsi və arxivə qəbulunu, arxivdəki sənədlərin ekspertizasını, uçotunu, mühafizəsini, onlara elmi-məlumat aparatı yaradılması və istifadəsini təşkil edir və həyata keçirir;
- Arxivin qəbul mənbəyi olan idarələrin, şəxslərin siyahısını hazırlayır və onun üzərində iş aparır;
- İdarə və müəssisələrdən Cəmiyyət arxivinə sənədlərin qəbul cədvəlini tərtib edir;
- İdarələrdə arxiv işinə təşkilati-metodiki rəhbərlik və nəzarət edir;
- Arxiv işinin inkişafına dair illik planları və müəyyən olunmuş formada hesabatı tərtib edir;
- Ekspert komissiyasının işində arxivşünaslıq və sənədşünaslıq üzrə seminarlarda iştirak edir;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə işi təşkil edir;
- Arxiv sənədlərinin elektron daşıyıcılara köçürülməsini, elektron siyahıların yaradılmasını, arxivdə elektron xidmətlərin təşkilini təmin edir və ona təhkim edilmiş və arxivin balansına daxil edilmiş əmlak üzərində
- Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sahiblik və istifadə etmək hüququna malikdir, əmlakın və digər qiymətlilərin, o cümlədən arxiv sənədlərinin qorunmasına məsuliyyət daşıyır.
Xüsusi tələblər
- Minimum təhsil dərəcəsi Bakalavriat
- Sahə üzrə iş təcrübəsi 3 il
- Arxiv işi üzrə qüvvədə olan Azərbaycan Respublikası qanunlarını, normativ-hüquqi aktları və dövlət hakimiyyəti orqanlarının qərarlarını;
- Arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının normativ-hüquqi sənədlərini;
- Azərbaycanda arxiv işi quruculuğu tarixini;
- Arxiv işinin inkişaf perspektivlərini;
- Dövlət və idarə arxivlərinin əsas iş qaydalarını və digər dövlət arxivlərinin iş təcrübəsini;
- Əmək və mülki qanunların əsaslarını, arxiv sənədlərinin mühafizə və təsnifat sxemini;
- Arxivdə mühafizə olunan sənədlərin tərkib və məzmununu;
- Elmi-məlumat aparatı sistemini və arxivin sorğu-informasiya fondunu;
- Arxiv işinin planlaşdırılması metodlarını;
- Əməyin təşkilinin əsaslarını, sənədlərin mühafizə şəraiti və rejiminin tələblərini, arxivşünaslıq terminlərini, texniki istismar qaydalarını, əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatlarını, yanğından mühafizə qaydalarını, əmək intizamı haqqında qaydaları bilməlidir.Keyfiyyət yönümlülük
- Keyfiyyət yönümlülük
- Diqqətlilik
- İntizamlılıq
- Nəticəyə istiqamətləndirmə
- Hədəfi müəyyənləşdirmə
- Dəyişiklikləri idarə etmə
Müraciət üçün (CV): https://career.ady.az/Vacancy/Get?id=4242#vp
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |