9 C
Baku
Friday, December 13, 2024

Brend standartları üzrə auditor – Pizza Mizza

0
Brend standartları üzrə auditor – Pizza Mizza
Bakı
06.08.2024

Vəzifələr:

  • Filiallarda daimi auditlərin həyata keçirilməsi.
  • Ətraflı audit hesabatları hazırlamaq, dərin təhlil və geri dönüş təqdim etmək.
  • Şirkətin standartları üzrə seminarlar və təlim sessiyaları aparmaq.
  • Ətraflı təlim materialları və standart prosedurların hazırlanmasında aktiv iştirak etmək.
  • Qida təhlükəsizliyi qaydalarındakı dəyişikliklər və brend standartları barədə filial işçilərini məlumatlandırmaq.
  • Müxtəlif yerlərdə məhsul və xidmət keyfiyyətini mütəmadi olaraq nəzərdən keçirmək və izləmək.
  • Videogörüntüləri təhlil edərək, müştəri xidməti, işçi davranışları, təmizlik və əməliyyat səmərəliliyinə diqqət yetirərək, brend standartlarına uyğunluğunu təmin etmək.
  • Restoranların mətbəx və zal hissələrinin təmizlik və gigiyena standartlarına uyğunluğunu yoxlamaq.
  • Təkmilləşdirmə təklifləri vermək və proseslərin səmərəliliyini artırmaq üçün strateji planlar hazırlamaq.
  • Qida təhlükəsizliyi və gigiyena üzrə təlimlər keçmək və filial işçilərinə məsləhətlər vermək.
  • Standart əməliyyat prosedurlarına uyğunluğun təmin edilməsi və təkmilləşdirilməsi.
  • Restoranlarda keçirilən yoxlamaların nəticələrinə əsaslanaraq təkmilləşdirmə təklifləri vermək.
  • Müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər:

  • Audit və ya keyfiyyət nəzarəti sahəsində təcrübə.
  • Qida təhlükəsizliyi və gigiyena standartları üzrə biliklər.
  • Yüksək səviyyədə ünsiyyət və analitik düşünmə bacarıqları.
  • Problem həll etmə və təhlil qabiliyyəti.
  • Detallara diqqət və dəqiqlik.
  • Təlim və seminarlar keçirmək bacarığı.
  • Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı.
  • Dinamik və sürətli iş mühitində işləmək bacarığı.
  • Fərqli növbələrdə işləmək bacarığı.
  • Şəbəkə daxilində müxtəlif filiallarda işləmək üçün hazırlıqlı olmaq.

İş şəraiti

  • Mehriban və gənc kollektiv
  • İş vaxtı qrafikə əsasən-tam iş günü, 5 günlük
  • Nahar şirkət tərəfindən aylıq ödənilir.
  •  Əmək haqqı 600-800 azn (təcrübən asılı olaraq)

Maraqlananlar CV-lərini “Brend standartları üzrə auditor” başlığı altında elektron ünvanına göndərə bilərlər. https://pizzamizza.az/az/resume/ linkindən də məlumatları təqdim etmək mümkündür. 

İşin aid olduğu sahə

KateqoriyaAuditor