Azərbaycanda distribütor şirkətləri sırasında TOP 5-likdə yer alan Şam-Fi, Azərbaycan bazarında tələb olunan özünü təsdiqləmiş, yüksək keyfiyyətli məhsulların Azərbaycan istehlakçısına çatdırılmasını həyata keçirir. Rusiya, Hollandiya, İtaliya, Belçika, Almaniya, Türkiyə və s. ölkələrdən 60-dan çox marka üzrə ölkənin bütün bölgələrində satışı təşkil edilir.
Vəzifə: Büdcə və maliyyə nəzarəti şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
İş yeri: Bakı ş., 8 Noyabr pr.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsili;
• Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
• Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
• MS Office proqramlarından (xüsusilə MS Excel) təkmil istifadə bacarığı;
İŞİN TƏSVİRİ:
• Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
• Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi;
• Rəhbərlik tərəfindən təsdiq edilməsi üçün illik icmal büdcənin hazırlanmasında iştirak;
• Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
• Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət;
• İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.
Xahiş edirik, CV/Qısa Tərcümeyi-halınızı ” maliyyə mütəxəssisi ” mövzusu ilə [email protected] -a göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Mühasibatlıq və Maliyyə |