Daxili audit şöbəsi – şöbə müdiri
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
• Agentliyin daxili audit siyasətinin və strategiyasının müəyyən edilməsində iştirak etmək, iş və tədbirlər planlarını hazırlamaq və icrasına nəzarət etmək;
• Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planını (strategiyanın) və praktiki audit proqramını hazırlamaq;
• Daxili audit və daxili nəzarət üzrə metodologiyanın və daxili audit qaydalarının layihələrini hazırlamaq;
• Audit olunmalı fəaliyyətləri müəyyən etmək, onların vacibliyini qiymətləndirmək və müvafiq meyarlara əsaslanaraq riskin dərəcəsini təyin etmək;
• Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərinin, xidməti araşdırmaların, daxili audit yoxlamalarının və monitorinqlərin həyata keçirilməsində iştirak etmək;
• Daxili nəzarət sisteminin yaradılması və tətbiqinə, daxili nəzarətin və risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsinə dair təkliflər vermək;
• Agentliyin struktur bölmələrinin xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
• Agentlikdə mühasibat uçotunun aparılmasını və maliyyə hesabatlarının düzgünlüyünü və etibarlılığını yoxlamaq;
• Agentliyin daxili audit siyasətinin və strategiyasının, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
TƏLƏBLƏR:
• Ali təhsil (Hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, idarəetmə ixtisasları üzrə);
• Yaş həddi 32-50 aralığı;
• İxtisası üzrə azı 6 il, müvafiq sahə üzrə rəhbər vəzifədə isə azı 4 il iş stajı;
• Microsoft excel üzrə tam peşəkar istifadə, digər Office proqramlarından isə sərbəst istifadə bacarığı;
• Konfliktlərin idarəedilməsi, kommunikasiya və təqdimat bacarıqları;
• Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır.
DİGƏR:
• Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
• İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
• İstirahət günləri: şənbə və bazar günləri;
• Vakansiya üzrə müraciətin son müddəti: 20 avqust 2021-ci il
• İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə [email protected] poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit – şöbə müdiri) qeyd edin.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |