7 C
Baku
Thursday, December 12, 2024

Data Analitika mərkəzinin kiçik analitiki – PASHA Life

0
Data Analitika mərkəzinin kiçik analitiki – PASHA Life
14.02.2022

Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 27 fevral 2022-ci il.

Vəzifə Öhdəlikləri:

  • Müvafiq sığorta məhsulları üzrə data analitikasının aparılmasında iştirak etmək;
  • Müvafiq sığorta məhsulları üzrə data analitikasının aparılması ilə bağlı beynəlxalq praktikanı araşdırmaq və bununla bağlı təkliflər vermək;
  • Statistik və machine learning modellərinin qurulması və inkişaf etdirilməsində iştirak etmək;
  • Cəmiyyətdə Data hesabatlarının və dashboard-ların hazırlanması;
  • Məhsul və satış squad-larından gələn gündəlik data ehtiyacı ilə bağlı sorğuların icrasını həyata keçirmək (chapter data analitik);
  • Data keyfiyyəti ilə bağlı çıxan məsələləri müəyyənləşdirmək və komunikasiya etmək(chapter data analitik);
  • Cəmiyyətdə Data standartlarının (data istifadəçiləri, metadata, data keyfiyyəti) qurulmasında iştirak etmək.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Tələb olunmur
  • Təhsili/ixtisası: Riyaziyyat, Statistika, Ehtimal nəzəriyyəsi, Maliyyə, Kompyüter elmləri, Data elmləri sahələri üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (orta)
  • Üstünlüklər: Data Analitika, Maliyyə, Aktuari sahəsi üzrə iş təcrübəsi
  • Kompüter bilikləri: MSSQL(T-SQL): orta, MS Excel: orta, PowerBI: orta
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə, problem həlletmə.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Vakansiya üçün müraciət qaydası: Namizədlər keçiddən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaİT, Sığorta