9 C
Baku
Thursday, December 12, 2024

“Star Mining şirkət”i “Maliyyə hesabatlığı üzrə mütəxəssis” axtarır – Maaş 2200-2500 AZN

0
“Star Mining şirkət”i “Maliyyə hesabatlığı üzrə mütəxəssis” axtarır – Maaş 2200-2500 AZN
Bakı
14.02.2022

Star Mining şirkəti “Maliyyə hesabatlığı üzrə mütəxəssis” vakansiyası elan edir:
Əmək haqqı: 2200-2500 Net
Yaş həddi: 28-40

Namizədə tələblər:
Ali təhsil (maliyyə, iqtisadiyyat);
3 illik analoji iş təcrübəsi
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları və mühasibatlıq, büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
MS Office proqramları üzrə biliklər

Vəzifə təlimatı:
Müəssisənin əməliyyat büdcəsinin hazırlanmasını təmin etmək, büdcənin icrasına nəzarəti həyata keçirmək;
Büdcə və maliyyə nəzarəti ilə bağlı dövri maliyyə hesabatlarının hazırlanmasını və təhlil edilməsini təmin etmək;
Aparılan əməliyyatların Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğunluğuna nəzarət etmək;
Aparılan əməliyyatlar üzrə fəaliyyətlərin mütəmadi olaraq təhlil edilməsini və onların dəyərini, yaranma mənbəyini əks etdirən hesabatları hazırlayaraq şöbə müdirinə təqdim etmək;
Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun kənar auditin aparılmasında iştirak etmək;
Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsini təşkil etmək;

İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
Nahar şirkət tərəfindən verilir
İşə qəbul əmək məcəlləsinə uyğun aparılır

Uyğun namizədlər CV formalarını [email protected] mail-na mövzu yerində “Maliyyə hesabatlığı üzrə Mütəxəssis” qeyd edərək göndərə bilərlər

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasibatlıq və Maliyyə