23 C
Baku
Thursday, April 25, 2024

“Data Engineer” üzrə Baş Mütəxəssis – PAŞA Bank

0
“Data Engineer” üzrə Baş Mütəxəssis – PAŞA Bank
Bakı
13.09.2021

“PAŞA Bank” ASC olaraq “Data Engineer” üzrə Baş Mütəxəssis kimi Sizi komandamıza dəvət edirik.

Bizimlə Siz əldə edəcəksiniz:

• Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
• Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
• Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
• Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
• Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu

İşiniz nədən ibarətdir?

• DWH məlumat modelinin inkişaf etdirilməsi və dəstəklənməsi;
• Məlumat bütövlüyünü artırmaqla məlumat daşınma yolları performansının inkişafı;
• Məlumatlardan səmərəli istifadə etməklə onların saxlanılması üçün həllərin təqdim edilməsi;
• Ən yaxşı təcrübələrdən istifadə etməklə təkrarlanan proseslərin icrası və ya sənədləşdirilməsi;
• İş prosesinin dizaynı və məlumat idarəçiliyi də daxil olmaqla, İT biznes arxitekturasının tətbiqi;
• ODI, OBIEE kimi alətlərdən istifadə edərək DWH mühitində ETL dizaynı və inkişafı;
• Gündəlik avtomatlaşdırılmış proseslərin tamamlanmasının dəstəklənməsi və uğursuz proseslərin araşdırılması;
• Texniki tələbləri nəzərdən keçirməklə ETL dizaynına və tətbiqinə tərcümə edilməsi üçün komanda üzvləri ilə əməkdaşlıq;
• Həm texniki, həm biznes istifadəçiləri ilə əməkdaşlıq etməklə problemlərin aşkarlanması;
• Yeni məlumat bazalarının idarəsi və DWH mühitinə cəlb olunmasının təmin edilməsi;
• Biznes tələbləri əsasında səmərəli data modellərinin müəyyən edilməsi və hazırlanması;
• ETL/ELT dizaynının hazırlanması və dəstəklənməsi;
• Biznes tələblərinin qarşılanması üçün SQL sorğularının yaradılması;

Sizdən nə tələb olunur?

Təhsil: Kompüter elmləri, Mühəndislik, Riyaziyyat və ya müvafiq sahədə Bakalavr təhsili
İş təcrübəsi: 5 il
Sertifikat: Oracle PL/SQL , Oracle Sql Expert, ODI (Oracle Data Integrator)
Xarici dillər: İngilis və Rus
Kompüter bilikləri: SQL, PL/SQL, R, Python, MS Office Excel
Məhsul üzrə biliklər: Oracle Administration Tool, Oracle BI Publisher/ OBIEE, Oracle FlexCube, Oracle Data Integrator
Digər: Bank bilikləri
Məlumat axını, proses və transformasiya texnikası haqqında biliklər
SQL Server, Oracle və ya oxşar sistemlərdə təcrübə, əlaqəli verilənlər bazasının
idarəetmə sistemləri üzrə biliklər

Strukturlaşdırılmamış, yarı strukturlaşdırılmış və strukturlaşdırılmış məlumat
toplusu daxil olmaqla məlumatlarla işləmək bacarığı
Güclü ünsiyyət və komandada işləmək bacarıqları və inkişafa yönümlülük.

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi [email protected] ünvanına başlıqda “Data Engineer” üzrə Baş Mütəxəssis qeyd edərək göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi