2 C
Baku
Sunday, December 15, 2024

Debitor-kreditorlar üzrə əməliyyatçı – Sirab ASC

0
Debitor-kreditorlar üzrə əməliyyatçı – Sirab ASC
Bakı
18.08.2021

Debitor-kreditorlar üzrə əməliyyatçı

Əsas tələblər:

– Minimum təhsil dərəcəsi: Bakalavr;
– Kompüter bilikləri: MS Office – Əla;
– Dil bilikləri: Azərbaycan – Əla;
– Yaş həddi: 22 – 30;
– Minimum təcrübə: 1 il;
– Riyazi biliklər və analitik düşünmə bacarığı;
– Mühasibat uçotunun təşkili və maliyyə, vergi və digər hesabatların tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrləri haqqında biliklər;
– Müəssisə, idarə və təşkilatlarda mühasibat uçotunun aparılmasının metodları üzrə biliklər;
– Maliyyə, vergi və digər hesabat formaları və onların tərtib edilməsi;
– Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodları üzrə nəzəri biliklər.

Fərdi keyfiyyət göstəriciləri:

– İşdə dəqiqlik və detallara diqqətlilik;
– Məsuliyyətlilik;
– Ünsiyyətlilik;
– Komandada işləmək bacarığı.

İş barədə:

– Debitor-kreditorlar üzrə hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsi;
– Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının hesabatının tərtib edilməsi;
– Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotu;
– Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi;
– Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi;
– Fəaliyyəti üzrə statistik və digər məlumatların müəyyən olunmuş qaydada təqdim edilməsi;
– Əməliyyatların sənədləşdirilməsi qaydasını və uçotun sahələri üzrə sənəd dövriyyəsinin təşkili.
– Öz fəaliyyəti üzrə rəhbərliyin əmr, sərəncam və tapşırıqlarının, normativ-hüquqi aktların tələblərinin vaxtında və müvafiq qaydada yerinə yetirilməsi;
– Ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi;

İş vaxtının norması:

– 5 günlük iş rejimi;

Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:

– 500-600 AZN;
– Yemək şirkət tərəfindən;
– Şirkət nömrəsi və danışıq paketi.

Müraciət forması:

Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Debitor kreditorlar üzrə əməliyyatçı” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

 

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər