Vakansiyanın adı: Böyük iqtisadçı
Vakansiyanın kodu: V210817-4
Vakansiyanın kateqoriyası: Mütəxəssis
Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
Vakansiya üzrə struktur: Maliyyə və iqtisadiyyat idarəsi, Maliyyə hesabatları şöbəsi
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə, mühasibatlıq
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: 3 il
Tələb olunan komputer bilikləri: MS Office – yaxşı; 1C – yaxşı.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – sərbəst.
Vəzifə üzrə tələb olunan biliklər :
– Beynəlxalq mühasibat uçotu standartları (International Financial Reporting Standards-IFRS) üzrə biliklər;
– Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər;
– Sahə ilə bağlı qanunvericiliyin tələbləri üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
– Motivasiya;
– Komanda işi;
– Nəticəyönümlülük;
– Etibar yaratma;
– Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
– Planlaşdırma;
– Analitik düşüncə;
– Diqqətlilik.
Digər tələb və üstünlük göstəriciləri:
– Beynəlxalq sertifikata (ACCA/DipIFR ) malik olan namizədlərə üstünlük verilir.
– Rus dili biliyinin olması arzu olunandır.
Vəzifə öhdəlikləri:
– Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə yarım illik və illik maliyyə hesabatlarının hazırlanmasının təmin edilməsi;
– Kənar auditorların məlumat təminatında iştirak edilməsi;
– Hesabat prosedurlarının daxili nəzarət tələblərinə və beynəlxalq maliyyə hesabatı standartlarına cavab verəcək şəkildə icra edilməsi;
– Daxili hesabat sisteminin inkişafı prosesinə töhfə verilməsi və bu prosesin davamlı təkmilləşdirilməsinə dəstək olunması;
– Təqdim olunan məlumatların dəqiqliyi, düzgünlüyü və tamlığının təhlil edilməsi;
– Sənədlərin, ona məlum olan əməliyyatların və xidməti tapşırıqların məxfiliyinin qorunması;
– Birbaşa rəhbər tərəfindən verilmiş digər tapşırıqların (maliyyə təhlilləri, müxtəlif məlumatların toplanması və s.) yerinə yetirilməsi.
Son müraciət tarixi: 31.08.2021
Müraciət üçün link: https://career.ady.az/Vacancy/Get/1448#vp
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |