22 C
Baku
Thursday, April 25, 2024

Debitorların idarəolunması üzrə assistent – PASHA Insurance

0
Debitorların idarəolunması üzrə assistent – PASHA Insurance
Bakı
22.06.2021

“PAŞA Sığorta” ASC namizədləri Debitorların idarəolunması üzrə assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR

• Müştərilərə keyfiyyətli xidmət göstərilməsi
• Debitor borcların araşdırılması və ödənilməsinin təmin edilməsi
• Əsassız məbləğlərin müştərilərə geri qaytarılmasının və ya müvafiq sığorta şəhadətnamələrinə sığorta haqlarının bağlanmasının həyata keçirilməsi
• Ödənişi gecikən borclar üzrə analitik hesabatların hazırlanması
• Müştərilərə sms və ya xəbərdarlıq məktublarının göndərilməsi
• Müştərilərə xitam ilə bağlı sms və ya rəsmi məktubların ünvanlanması
• Debitor borcaların ödənilmədiyi halda sığorta şəhadətnamələri üzrə xitam prosesinin icrası
• Həftədə bir dəfə debitor borclar ilə bağlı hesabatın hazırlanması

BİLİKLƏR

• Ali təhsil. Maliyyə sahəsində təhsilə üstünlük verilir
• Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək
• Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı

TƏCRÜBƏ

• Sığorta və ya maliyyə sahəsində 1 il iş təcrübəsi

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı
• Məsuliyyətlilik
• Dəqiqlik
• Öz fikirlərini təmiz ifadə etmək bacarığı
• Yaranan şəraitdə tez reaksiya göstərmək bacarığı
• Komanda ilə işləmək bacarığı

Son müraciət tarixi: 20 İyul 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta