27 C
Baku
Saturday, July 27, 2024

DİM işçi axtarır, maaş 1330 manatdır

0
DİM işçi axtarır, maaş 1330 manatdır
Bakı
16.12.2021

Dövlət İmtahan Mərkəzində Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti, Test bankı sektorunda aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilib.

DİM-dən verilən məlumata görə, müraciət etmək istəyən namizədlər aşağıda göstərilən kompüter bilikləri və xüsusi tələblərə uyğun olmalıdırlar:

Struktur bölmə: Yoxlama-ölçmə materiallarının işlənməsi departamenti

Struktur vahid: Test bankı sektoru

Vəzifənin adı: Aparıcı məsləhətçi

Aylıq vəzifə maaşı: 1330 manat

Qulluq funksiyaları:

– Test bankının idarə olunması üçün lazımi proqram təminatlarının hazırlanması və tətbiqi.

Vəzifənin tutulma şərtləri:

– Təhsilə dair tələb: Ali təhsil

– İş stajına dair tələb: Tələb müəyyən edilmir.

Kompüter biliklərinə dair tələblər:

– C#, Java və ya Python dillərindən birini bilməli;

– MS SQL, MySQL və ya PostgreSQL verilənlər bazalarından birini bilməli.

Xüsusi tələblər:

– Proqramlaşdırma dilləri, verilənlər bazası və onların idarəetmə sistemləri, internet/intranet texnologiyaları, lokal kompüter şəbəkələrinin qurulması, servis və tətbiqi proqram təminatlarının yazılması və istismarı;

– Xarici dil biliklərinə dair tələblər: ingilis dili – orta, rus dili – orta.

Vakansiya üçün müraciət etmək istəyənlər öz CV formasını 2022-ci il yanvarın 10-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər (elektron məktubun mövzu hissəsində “İşə qəbul” sözləri yazılmalıdır).

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları