6 C
Baku
Sunday, December 15, 2024

Direktor köməkçisi – ATEF Şirkətlər Qrupu

0
Direktor köməkçisi – ATEF Şirkətlər Qrupu
Bakı
02.11.2020

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC

Direktor köməkçisi” vəzifəsinə vakansiya elan edir.

İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi
Əmək haqqı: 600-800 AZN

İş şəraiti

• 6 günlük iş həftəsi
• Nahar fasiləsi: 12:00-13:00
• Nahar müəssisə tərəfindən təmin edilir.

İş barədə məlumat

• Direktorun görüş cədvəllərini hazırlamaq və görüşləri təşkil etmək;
• Qonaqları və zəngləri qəbul etmək və yönləndirmək;
• Müxtəlif layihələr və aidiyyatı işlərlə bağlı elektron yazışmalar aparmaq;
• Direktorun gündəlik görüşlərini qeyd etmək;
• Struktur bölmə rəhbərlərinə tapşırılmış işlərinin icrasına nəzarət etmək və icra olunma statusunu direktora bildirmək;
• Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirməsinə nəzarət etmək;
• Lazımi hesabatların hazırlanması, toplanması və təqdim edilməsini təşkil etmək;
• Yazışmaların aparılması və rəhbərliyin iş qrafikinin planlaşdırılmasını təşkil etmək;
• Daxili və xarici ezamiyyətlər üçün hazırlıqlar görmək, marşrutları seçmək, səfər planlarını hazırlanmaq;
• Müəssisədə daxili və xarici sifarişlərin vaxtında təhvil veerilməsinə nəzarət etmək;
• Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət etmək;
• Direktorun göstərişi ilə Direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;

Tələblər:

• Ali təhsilli;
• Cinsi: qadın;
• Azərbaycan, rus dili – əla; ingilis dili (arzuolunandır);
• Ofis texnikası ilə işləmə bacarığı;
• Microsoft Office proqramlarını bilməlidir;
• Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı;
• Planlama qabiliyyəti;
• Yüksək təşkilatçılıq və analiz etmək bacarığı;
• Müvafiq vəzifədə minimum 1-3 il iş təcrübəsi;
• Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:

• Fikrini izah etmək qabiliyyəti;
• Ezamiyyə imkanları;
• Ünsiyyət yaratmaq bacarığı;
• İşə planlı yanaşması;
• Fəal olması və komandada işləmək bacarığı.

Bu vəzifəyə müraciət etmək üçün CV-ni [email protected] ünvanına göndərə bilərsiniz. CV göndərən zaman vəzifənin adını “Direktor köməkçisi” mövzu bölməsində göstərin.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər