15 C
Baku
Friday, March 29, 2024

Dizayner – arxitektor – Yelo Bank

0
Dizayner – arxitektor – Yelo Bank
Bakı
28.09.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Dizayner – arxitektor” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Dizayner / Arxitektor” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Dizayner – arxitektor

Vəzifə öhdəlikləri:

• Hazır konsept dizaynını mövcud vəziyyətə uyğunlaşdırmaq
• İnteryer proyektin həyata keçirilməsi üçün lazım olan işçi çertyojları hazırlamaq və koordinasiya etmək
• Ölçülərin götürülməsi və mövcud planın hazırlanması
– Arakəsmə və s. demontaj və montaj planı
– Mebel yerləşim planı
– Sabit mebellərin çertyojları
– Elektrik çıxışların planı
– Santexnika çıxışların planı
– Havalandirma, isitmə və soyutma avadanlıqlarının yerləşim planı
– Tavan planı
– Döşəmə planı
– İşıqlandırma cıhazlarının planı
– Tələb olunan hissələrdə kəsiklərin və düyünlərin çertyojlarının hazırlanması
• Təmir prosesində vaxtaşırı olaraq iş icraçısına çertyojları, görüləcək işləri izah etmək, yekunlaşmış işlərin çertyojlara uyğunluğuna nəzarət etmək
• Razılaşdırılmış dəyişikliklər də daxil olmaqla nəticələri qeyd etmək və hesabat vermək

Tələblər:

• İnteryer dizayn sahəsində təcrübəli olmaq
• Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus dili arzuolunandır
• Komanda ilə işləmək bacarığı

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi