21 C
Baku
Thursday, April 25, 2024

Satınalma mütəxəssisi – Yelo Bank

0
Satınalma mütəxəssisi – Yelo Bank
Bakı
28.09.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Satınalma mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “Satınalma mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması
• Təchizat şirkətlərindən gələn təkliflərinin qiymətləndirilməsi, təkliflərin müqayisəli təhlilinin aparılması və yeni əsaslandırılmış təklifin rəhbərliyə təqdim edilməsi
• Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması
• Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
• Sifarişlərin verilməsi və vaxtında çatdırılmasının nəzarətdə saxlanılması
• Sifariş üzrə ödəniş sənədlərinin və müqavilələrin müvafiq strukturlara yönləndirilməsi
• Vəzifə ilə əlaqədar digər tapşırıqların həyata keçirilməsi

Tələblər:

• Ali təhsil
• Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
• Word və Excel proqramlarından istifadə bacarığı
• Komanda ilə işləmək bacarığı
• Müvafiq satınalma sahəsində təcrübə

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi