Bakı
18.07.2024
İşin təsviri
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı;
- İldə üç dəfə mükafat.
Bizim üçün uyğun namizəd:
- Ali tibb təhsili;
- Tibbi-iqtisadi ekspert, praktiki həkim kimi tibbi sığorta sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Xəstəxana idarəetmə sistemləri, ekspertiza proqramlarında işləmə bacarığı;
- Fəaliyyət istiqaməti ilə əlaqədar ezamiyyələrə göndərilməyə uyğun;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət;
- Ofis proqramları üzrə biliklər;
- İnduktiv və analtiki təhlil;
- Ünsiyyət və komandada işləmə bacarığı;
- Problem həlletmə bacarığı.
Görəcəyiniz işlər:
- Tibbi-iqtisadi ekspertiza planının hazırlanması;
- Tibbi-iqtisadi ekspertizanın həyata keçirilməsi;
- Tibbi-iqtisadi ekspertizanın mübahisələndirilməsi;
- Tələb olunan hesabatların hazırlanması.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
- İş yeri: Begoc biznes mərkəzi.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 01.08.2024-cü il;
- CV-lər email ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməlidir;
- Müraciətlər nəzərdən keçiriləcək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.