Bakı
18.07.2024
İş barədə məlumat:
- Mühasibat, vergi uçotu, DSMF və Statistika ilə bağlı aylıq, rüblük, illik hesabatların tərtibi və aidiyyəti üzrə təqdim edilməsi;
- Vergi hesabatlarının (Mənfəət, ÖMV, ƏDV, DSMF və s.) təqdim edilməsi;
- Hesab-fakturaların və E-qaimələrin hazırlanması, göndərilməsi və təsdiqi
- Gündəlik online kargüzalığın (gələn məktubaların) izlənməsi;
- İnternet banking vasitəsilə ilə bütün bank əməliyyatlarının icrası;
- Aylıq əmək haqqı cədvəlinin hazırlanması;
- Tender sənədlərinin sistemə daxil edilməsi;
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi və inventarizasiyası, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil etmək və nəzarət etmək;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsi;
- İş qrafiki: 5 iş günü
- İş saatı: 09:00-dan 18:00-dək
- İş şəraiti: Reklam sahəsi
- Ünvan: Bakı İş Mərkəzi, M. Şərifli 19 (Q. Qarayev m.st. yaxınlığı)
- Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən 1000 – 1500 AZN aralığında müəyyənləşdiriləcək.
Tələblər:
- Təhsil : Ali (maliyyə,iqtisadi təhsil arzu olunandır)
- Yaş həddi: 28-40 aralığı
- Məsuliyyətli, dəqiq və detallara diqqətli;
- Problem həlletmə və analitik düşünmə qabiliyyəti;
- Kollektivdə komanda şəklində işləmə bacarığı;
- Mühasibatlıq sahəsində minimum 5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili səlis və (qismən) rus dili.
- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft Office proqramları ilə işləmək bacarığı
Qeyd:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin mövzu hissəsində “MÜHASİB” qeyd etməklə elektron poçtuna yalnız Azərbaycan dilində CV göndərmələri xahiş olunur. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib |