6 C
Baku
Sunday, December 15, 2024

Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis – Grand-Agro LLC

0
Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis – Grand-Agro LLC
26.08.2021

Grand Agro MMC –nin əsas fəaliyyət istiqaməti bağçılıqdır. Hal-hazırda şirkət Abşeron yarımadasında zeytun və badam bağlarının salınmasını həyata keçirir. Şirkətin gələcək planlarında yağ istehsalı zavodunun tikintisi, və yaradılmış bağ ərazilərinin inkişaf etdirilməsi əsas yer tutur.

“Dövlət qurumları ilə iş üzrə kiçik mütəxəssis”

– İş yeri – Çinar Plaza
– İş qrafiki: həftənin 5 iş günü, saat 08:00-dan 17:00-dək
– Nahar Şirkət tərəfindən verilir, 3 ay sınaq müddətindən sonra tibbi sığorta ilə təmin edilmə
– Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq 650-800 AZN net , Qanunvericiliyin tələbinə uyğun olaraq rəsmiləşdirmə

Vəzifə öhdəlikləri:

– Cəmiyyətimizə verilmiş yeni torpaq sahələrinin sənədləşmə işinin aparılması və yeni çıxarış sənədlərinin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək;
– Cəmiyyətə məxsus ərazilərə kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı müraciətlərin edilməsi və texniki şərtlərin alınmasında vəzifə səlahiyyəti çərçivəsində iştirak etmək ;
– Texniki şərtə uyğun olaraq müvafiq işlərin görülməsi üçün dövlət qurumlarına rəsmi müraciətlərin edilməsi və layihə sənədlərinin alınmasında iştirak etmək;
– Cəmiyyətə məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatının dəyişməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına rəsmi müraciətlərin edilməsində iştirak etmək, torpaq uqodiyası ilə əlaqədar sənədləşmə işlərinin icrası;
– Müvafiq dövlət qurumlarına göndərilən məktubların icra vəziyyətinin mütəmadi müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması
– Müvafiq dövlət qurumları ilə bağlı rəsmi sənədlərin ( məktub, ərizə, müraciət, aktlar və s digər rəsmi sənədlərin) elektron qeydiyyatı və arxivləşdirilməsi

Tələblər:

• Təhsil : Ali təhsil (Hüquq, İnzibati idarəetmə, Dövlət və ictimai münasibətlər, Menecment, Biznesin idarəedilməsi və əlaqədar digər ixtisaslar);
• Dil bilikləri: Azərbaycan Dili ana dili , İngilis dili (üstünlük verilir)
• İT üzrə biliklər: Ms. Office,

• Səriştəlik
• Məsuliyyətlilik, disiplinlilik, təşkilati bacarıq
• Problem həll etmə və əməkdaşlıq bacarıqları
• Güclü şifahi və yazılı ünsiyyət, fikirlərini düzgün çatdırmaq,
• Prinsip və Dəyərlərə sadiqlik
• Prosedur və qaydalara riayət etmək
• Operativlik və İcra etmək bacarığı
• Detallara fikir vermə

Müraciət üçün aşağıdakı linkə daxil olmağınız xahiş olunur.

https://jobs.talhunt.az/grandagro/589-dovlet+qurumlari+ile+is+uzre+kicik+mutexessis

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər