15 C
Baku
Saturday, April 20, 2024

ERP üzrə baş mütəxəssis – PMD Hospitality LLC

0
ERP üzrə baş mütəxəssis – PMD Hospitality LLC
Bakı
19.04.2021

Vəzifə: ERP üzrə baş mütəxəssis
Şöbə: Maliyyə
Tabeçilik: Maliyyə meneceri
İşəgötürən: “PMD Hospitality” MMC
Ünvan: Neftçilər prospekti 153, PBT

Otel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğul olan PMD Hospitality MMC, əməkdaşlar üçün geniş öyrənmə imkanları və digər imtiyazlar təklif etməklə ən yaxşı iş mühitini təklif edir.

Vəzifə öhdəlikləri:

– Şirkətin biznes proseslərini və prosedurlarını dərindən başa düşmək;
– Mühasibat uçotu prinsipləri və ikili müxabirləşmə barədə məlumatlı olmaq;
– İcraçı şirkətin təlimatlarını izləmək bacarığı;
– Sistem yenilənmələri və dəyişiklikləri barədə işçilərin təlimləndirilməsi;
– Sitem dəstəyi; yeniliklərin tətbiqi və düzəlişlərin edilməsi;
– İstifadəçilər tərəfindən bildirilən problemlərin təhlili və həlli;
– ERP sistemindən tələb olunan hesabatların əldə olunması;

Namizədə tələblər:

– Ali təhsil (İT və ya maliyyə üzrə);
– Sahə üzrə 2 il iş təcrübəsi;
– Excel və İT əsaslarını yaxşı səviyyədə bilmək;
– SQL biliyi;
– Dil bilikləri: Azərbaycan dili və Rus dili (əla); İngilis dili (arzuolunandır);

İşçinin təminatları:

– Dünyanın məşhur otel brendlərində təcrübə qazanmış peşəkar kollektivdə iş imkanı;
– PMD Hospitality MMC-nin tabeliyində olan çoxsaylı otellərdə və SPA mərkəzlərində maksimal endirim imkanı;
– PMD Group MMC-nin tabeliyində olan müxtəlif sənaye müəssisələrində karyer davamı imkanı;
– Təlim və inkişaf proqramlarında iştirak imkanları;
– Tibbi sığorta;
– Mobil telefon və korporativ nömrə;

İşə müraciət üçün elektron poçt ünvanımız: [email protected]

CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Sadəcə vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.

Son müraciət tarixi: 16 may 2021-ci il

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, İT