25 C
Baku
Saturday, July 27, 2024

ERP və Analitika üzrə Mütəxəssis – Avrora

0
ERP və Analitika üzrə Mütəxəssis – Avrora
Bakı
30.10.2020

HAQQIMIZDA

Avrora Ticarət Şirkəti 01 noyabr 1993-cü ildə yaradılmışdır. Şirkət fəaliyyət istiqamətlərini genişləndirmək məqsədi ilə 2001-ci ildə Avrora MMC olaraq rebrendinq etmiş və yenidən qeydiyyatdan keçmişdir. Avrora fəaliyyətinə yerli və xarici zavod və fabriklərin istehsal etdikləri məhsulların ölkəmizdə dağıtımını həyata keçirməklə başlayıb. Avrora Qrup hal-hazırda ölkəmizin ən aparıcı distributor şirkətlərindən biridir.

 

Elan : “ERP və Analitika üzrə Mütəxəssis

İşin qısa təsviri :

Sizin əsas vəzifə öhdəlikləriniz :

– ERP proqramlarda işləmə, yazılım və dəstək işlərinin görülməsi;
– Şirkətin iş prinsipinin və baş verən proseslərin analiz edilməsi;
– Proqram təminatlarında optimallaşdırma işlərinin aparılması və onlara müntəzəm texniki dəstəyin verilməsi;
– Yeni yaradılmış proqramların ilkin testlərinin və istifadəçi tədrislərinin həyata keçirilməsi.

Sizdən tələb olunan sahə üzrə səriştə və bacarıqlar :

– ERP proqramlarının əsas modullarının funksiya və imkanları üzrə məntiqi biliklərin olması;
– Güclü analitik təhlil qabiliyyətinə,araşdırma bacarığına və riyazi düşüncəyə malik olması;
– Komanda ilə işləmək bacarığı;
– Dəqiq, məsuliyyətli və punktual olmaq, detallara önəm verə bilmək;
– MS SQL Database təcrübi və ya nəzəri biliklərə malik olması.

Sizdən tələb olunan təhsil və iş təcrübəsi :

• Təhsil : Maliyyə, Mühasibatlıq və ya Riyaziyyat sahəsi üzrə;
• İş təcrübəsi : 2 il (Satış və Distribyutor sahəsində);
• Dil bilikləri : Rus və İngilis dili biliyi üstünlükdür;
• Kompüter bilikləri: MS Office proqramlarından sərbəst istifadə bacarığı.

Bizim iş şərtləri :

• İş qrafiki : Tam iş günü (5 gün);
• İş saatları: 09:00-18:00;
• İş yeri : Bakı ş., Ələsgər Qayıbov küçəsi, 10Q, STN Biznes Mərkəzi
• Nahar və korporativ danışıq xərcləri şirkət tərəfindən təmin olunur.

Biz nə təklif edirik :

• Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
• Təlim və inkişaf proqramlarının geniş çeşidi;
• Mükəmməl peşəkar komanda və mehriban mühit;
• Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ERP və Analitika üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT