24 C
Baku
Monday, June 17, 2024

Fərdi sığorta şöbəsinin müştəri meneceri – PASHA Life

0
Fərdi sığorta şöbəsinin müştəri meneceri – PASHA Life
25.10.2019

Vakansiya haqqında məlumat:

Struktur bölmə : Satış departamenti,Fərdi sığorta şöbəsi
Vəzifə : Fərdi sığorta şöbəsinin müştəri meneceri
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 31 oktyabr 2019-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş Fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
2. Cəmiyyətə yeni Fərdi müştərilərin cəlb olunmasını həyata keçirmək;
3. Mövcud Fərdi müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışmaq.
4. Mövcud Fərdi müştərilərlə sığorta müqavilələrinin yenilənməsini həyata keçirmək;
5. Debitorların ödənilməsini təmin etmək;
6. Cəmiyyətin mənafelərinin yüksək səviyyədə təmsil olunması üçün çalışmaq, öz vəzifələrini vaxtında, bacarıqla və lazımınca yerinə yetirmək
7. Cəmiyyətin müvafiq strukturlarına tələb olunan formada Şöbənin hesabatlarını təqdim etmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Satış sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, iqtisadi təhsil ixtisaslarına üstünlük verilir.
Dil bilikləri : Azərbaycan və Rus dili əla, İngilis dili orta
Kompüter bilikləri : MS Office;
Üstünlüklər: Riyazi biliklər.

Fərdi keyfiyyət tələbləri : Bütövlük (dürüstlük), Komanda işi və əməkdaşlıq, Keyfiyyət yönümlülük, Təsir göstərmə, Münasibət yaratma.

İmtiyazlar: Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (+994 12) 942

Vakansiya üçün müraciət qaydası :

Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Korporativ sığorta şöbəsinin müştəri meneceri vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMenecer, Sığorta