7 C
Baku
Sunday, December 15, 2024

Filial Müdiri – Alyans Kredit

0
18.06.2019

“Alyans Kredit” Şəmkir və Xaçmaz filialları üçün “Filial Müdiri” vakansiyası elan edir.

Müdir üçün Tələblər :

  • Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
  • Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək;
  • Biznesi inkişaf etdirmə bacarığı;
  • Daxili motivasiya və prinsipiallıq;
  • Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
  • MS Office-dən istifadə bacarığı;
  • Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
  • Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
  • Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

Vəzifə və öhdəlikləri:

  • Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
  • Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
  • Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
  • Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
  • Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
  • Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
  • Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
  • Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
  • Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək

 

    Tələblərə cavab verən şəxslər şəkilli cvlərini (şəkilli cv mütləqdi)   [email protected]   elektron ünvanına göndərə bilərlər.

    Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (filialın adı – Müdir). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.





İşin aid olduğu sahə

KateqoriyaKredit işçisi