9 C
Baku
Thursday, December 12, 2024

Xarici Ticarət və Beynəlxalq Əlaqələr Şöbəsinin kiçik mütəxəssisi – Azərbaycan Sənaye Bankı ASC

0
Xarici Ticarət və Beynəlxalq Əlaqələr Şöbəsinin kiçik mütəxəssisi – Azərbaycan Sənaye Bankı ASC
18.06.2019

Mərkəzi Əməliyyatlar Departamentinin Xarici Ticarət və Beynəlxalq Əlaqələr Şöbəsinin kiçik mütəxəssisi

Əsas tələblər:

• Ali təhsil (Hüquqi, İqtisadi); 
• İngilis və rus dili bilikləri (IELTS sertifikatı və digər dil biliklərinin olması üstünlük təşkil edir); 
• Microsoft office bilikləri;
• Bank stajının olması üstünlük təşkil edir; 
• Məntiqi və analitik düşünmə tərzi;  
• Araşdırma və özünümaarifləndirmə bacarıqları; 
• Sərbəst işləmək bacarığı; 
• Komandada işləmək bacarığı; 
• Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
• Gərgin iş qrafikində müxtəlif çox saylı tapşırıqları sistemləşdirib icra etmək bacarığı.

Vəzifə və öhdəliklər:

• İdxal və ixrac akkreditiv və qarantiya əməliyyatları üzrə işin mərkəzləşdirilmiş qaydada icra və nəzarət etmək (açılma, ödəniş sənədlərin yoxlanılması, sənədləşmə, ödəniş, bağlanma, xidmət haqqıların tutulması); 
• Mövcud və yeni rezident və qeyri-rezident banklarla, beynəlxalq maliyyə instituları ilə əməkdaşlıq üzrə əlaqə saxlamaq, xidmət və məhsullarından faydalanması üçün məlumat toplamaq və işləri aidiyyatına görə əlaqədar strukturlara ötürmək;
• Nostro müxbir hesablar üzrə tələb olunan sənədlərin təqdim olunmasını təmin etmək, bunun üçün sənədləri aidiyyatı struktur bölmələrindən yığmaq, müqavilə layihələrini analiz etmək;
• Loro müxbir hesabların açılması, aparılması və bağlanılması üzrə sənədləşməni toplamaq, yoxlamaq və digər işləri  icra etmək.

Əlavə məlumat:

• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.
• Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xarici Ticarət və Beynəlxalq Əlaqələr Şöbəsinin kiçik mütəxəssisi” göstərməyiniz xahiş olunur;
• CV-lər 24.06.2019-ci il tarixədək qəbul olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR, Mühasibatlıq və Maliyyə