2 C
Baku
Saturday, December 14, 2024

Gəlir üzrə Auditor – Fairmont Baku

0
Gəlir üzrə Auditor – Fairmont Baku
Bakı
10.09.2024

 Əmək funksiyası:

  • Otelin gəlir və gecə auditi ilə bağlı hesabatlarını yoxlamaq, təsdiqləmək və bütün sənədlərin qaydasında olmasını təmin etmək
  • Gündəlik gəlir barədə qeydiyyat aparmaq və gəlir hesabatını dəqiq şəkildə hazırlamaq
  • Daxili Audit ilə bağlı işlərin və müvafiq prosedurları icra edilməsinə nəzarət etmək
  • Otaqlar, qida və iaşə, çamaşırxana eləcə də digər gəlirlərin gündəlik üzləşməsini aparmaq, gecə audit balansını müvafiq satış sistemi ilə müqayisə etmək və müxtəlif proqram təminatlarında (Opera PMS, Micros, Sun) düzgün əks olunmasını yoxlamaq, təsdiqləmək və lazım gələrsə düzəlişlər etmək
  • Qonaqlar və işçi heyəti ilə bağlı güzəştləri, ödəmələri, fərqli tip xərcləmələri izləmək, daxili prosedurlara uyğunluğunu, sənədləşmələrin qaydasında olduğunu yoxlamaq. Gündəlik olaraq hesabatlar hazırlamaqla rəhbərliyə təqdim etmək
  • Birbaşa rəhbər şəxs tərəfindən təyin edildiyi şəkildə bank hesablarının, digər balans hesabatlarının aylıq bağlanmasında və davamlı analizində köməklik göstərmək
  • Audit işlərinin bütün sahələr üzrə qaydasında davam etməsini təmin etmək
  • Bütün xidmətlərə görə ödəmələrin vaxtında həyata keçirildiyini yoxlamaq
  • Qonaqlarla bağlı fərqli xərclərin,xidmətlar üçün alınan qaimələrin gəlirlərə mütənasibliyini yoxlamaq, təhlilini aparmaq, xərclərin lazımi qaydada qarşılanmasından əmin olmaq.          

 Tələblər:

  • Mühasibat və mailiyyə sahəsində ali təhsil
  • Azərbaycan,İngilis səlis,Rus dili arzu olunandır
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
  • Kollektiv daxili münasibətlərdə sakit və təmkinli qalmaq şərtilə dəyişkən iş mühiti çərçivəsində çoxsaylı tapşırıqları icra edə bilmək
  • Mühasibat sahəsində təcrübəsi olmaq.
  • Kompyüter bilikləri:Excel, Word.
  • Opera PMS, Micros Symphony proqramları ilə bağlı biliklərə malik olmaq.
  • Mükəmməl ünsiyyət qabiliyyəti olmaq, ətrafdakılarla münasibət qurmağı bacarmaq.
  • Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər
  • Şirkət siyasət və prosedurlarını başa düşmək və onlara əməl etmək bacarığı

[email protected]

İşin aid olduğu sahə

KateqoriyaAuditor