10 C
Baku
Saturday, March 2, 2024

Gömrük işləri üzrə Kiçik mütəxəssis (İdxal və sertifikatlaşdırma sahəsi) – Azersun Holding

0
Gömrük işləri üzrə Kiçik mütəxəssis (İdxal və sertifikatlaşdırma sahəsi) – Azersun Holding
Bakı
10.05.2023

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsili olmalı;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi olmalı;
  • Azərbaycan dilini əla, Rus dilini yaxşı, İngilis dilini orta səviyyədə bilməli;
  • MS office proqram paketini yaxşı səviyyədə bilməli;
  • Gömrük sistemi (e-qov.az proqramı) ilə işləmək bacarığı olmalı;
  • Gömrük qanunvericiliyi (Gömruk məcəlləsi, tarif haqqında qanun,mal nomenklaturası) üzrə bilikləri yaxşı səviyyədə olmalıdır.

Vəzifə Öhdəlikləri:

  • Şirkətlər qrupuna daxil olan firmalara idxal və ixrac olunan məhsullara Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən Fitosanitar Səhiyyə Nazirliyindən gigiyenik sertifikatların alınması;
  • Azərbaycan Respublikası Qida Təhlükəsizliyi agentliyinin Şirkətlər qrupuna daxil olan firmalardan qida məhsullarına aid nümunələr götürülməsi barədə edilmiş müraciət  araşdırıldıqdan sonra aidiyyatı şəxslərə Email üzərindən nümunə götürülməsi barədə razılıq istənilməsi, Razılıq alındıqdan sonra Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarına bu barədə məlumat verilməsi;
  • Sadalanan proseslərin izlənilərək sertifikatların alınması,
  • Sertifikatlaşdırma şöbəsinə aid bütün ödənişlərin müvafiq firmalara ödəniş edilməsi üçün göndərilməsi və ödənməli olan hesabların izlənməsi, Gigiyenik sertifikat alımı üçün müraciətdən sonra göndərilən hesabların müvafiq firmaya ödənişi ödəməsi barədə müraciət edilməsi
  • Şirkətlər qrupuna daxil olan firmaların Qida Təhlükəsizliyi sertifikatları və gigiyenik sertifikatlarını bizdən istəyən müvafiq firmalara göndərilməsi, Gigiyenik sertifikatlar əldə edildikən sonra onların excell-də siyahıya alınması:
  • Şirkətlər qrupuna aid olan firmaların Qida Təhlükəsizliyi Agentliyinə borcunun olub-olmamasına nəzarət edilməsi,Borcun olması halında ödənilməsinin təmin edilməsi,
  • Baytarlıq müraciətinin edilməsi və sertifikatların alınmasına müraciət edilməsi və işin icrasının izlənilməsi, Qida Təhlükəsizliyi məktublarının alınmasına müraciət edilməsi.

İş Qrafiki: Həftə içi 5 gün

İş Yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Gömrük işləri üzrə Kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər