04.06.2019
İnternational Kredit Təşkilatı Goranboy şəhəri filialı üzrə “qrup rəhbəri” vakansiyasını elan edir. !
Qrup rəhbəri üçün Tələblər :
- Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
- Maliyyə/Kredit sahəsində minimum 3il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilini mükəmməl bilmək;
- Daxili motivasiya və prinsipiallıq;
- Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
- Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
- Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
- Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.
Vəzifə və öhdəlikləri:
- Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
- Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
- Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
- Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
- Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək).
- Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
- Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
- Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] email ünvanına mövzuda Vakansiyanın adını və Şəhəri qeyd etməklə göndərə bilərlər.
Əlaqədar Şəxs Taleh m. 050-856-00-55
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı, Filial müdiri |