1 C
Baku
Saturday, December 14, 2024

Həyat sığorta infrastrukturuna nəzarət idarəsinin aparıcı mütəxəssisi – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası

0
Həyat sığorta infrastrukturuna nəzarət idarəsinin aparıcı mütəxəssisi – Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası
15.02.2019

Sığorta fəaliyyətinə nəzarət departamentinin Həyat sığorta infrastrukturuna nəzarət idarəsinin aparıcı mütəxəssisi

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası Sığorta fəaliyyətinə nəzarət departamentinin Həyat sığorta infrastrukturuna nəzarət idarəsinin aparıcı mütəxəssisivəzifəsi üzrə vakansiya elan edir.

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 760 nömrəli Fərmanına uyğun olaraq, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədilə publik hüquqi şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılmışdır.
Yüksək peşəkar və şəxsi keyfiyyətlərə malik, daim öz peşəkarlıq səviyyəsini təkmilləşdirən, yeni fəaliyyət üsullarının effektiv mənimsənilməsinə çalışan, biliklərini iş prosesinin səmərəsini artıracaq şəkildə tətbiq edə bilən və maliyyə bazarının uğurlu inişafı üçün bütün gücünü səfərbər etməyə hazır olan hər bir uyğun namizəd bizə müraciət edə bilər.

TƏLƏB OLUNAN TƏHSİL VƏ İŞ TƏCRÜBƏSİ

• Ali təhsil (Riyazi, maliyyə, iqtisadi);
• Yaxşı səviyyədə ingilis dili (Rus dili arzuolunandır);
• Sığorta sahəsində 3 il iş təcrübəsi arzuolunandır;
• Sığorta qanunvericiliyi;
• MS Excel proqramından yüksək səviyyədə, digər MS Office proqramlarından orta səviyyədə istifadə bacarıqları;
• Aktuar hesablamalar;
• Yüksək analitik bacarıqlar, təqdimat bacarıqları, operativlik və gərgin iş rejimində işləmək bacarığı, təşəbbüskarlıq, problemləri həll etmə, analitik düşüncə.

VƏZİFƏ ÜZRƏ ÖHDƏLİKLƏR VƏ FƏALİYYƏTLƏR

• Sığorta bazarının təhlili və diaqnostikası;
• Sığorta bazarının inkişaf etdirilməsi və prudensial normativlərin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq təkliflərin hazırlanması;
• Prudensial hesabatların aktuar və maliyyə istiqamətləri üzrə təhlili;
• Daxil olan sorğu və məktubların cavablandırılması;
• Nəzarət subyektlərinin qanunvericiliyin tələblərinə riayət etmələrinin yoxlanması.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları